logo

Yanacaq avadanlıqları üzrə elektrik (regionlar)

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Orta təhsil
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 13543
  • E-poçt: cv@nwconstruction.com
  • Elanın yerləşdirmə tarixi: 26.05.2025
  • Elanın bitmə tarixi: 25.06.2025

Namizədə tələblər

  • Elektrik mühəndisliyi, energetika, elektrotexnika və ya digər müvafiq sahə üzrə orta ixtisas və ya ali texniki təhsil.
  • Yanacaq məntəqələri, sənaye obyektləri və ya kommersiya obyektlərində elektrik sistemi üzrə azı 2 il iş təcrübəsi.
  • Nasos sistemləri, dispenserlər, generatorlar və UPS kimi avadanlıqlarla işləmə təcrübəsi.
  • Elektrik sxemlərinin oxunması, quraşdırılması və təhlil edilməsi bacarığı.
  • Aşağı və orta gərginlikli elektrik şəbəkələri ilə işləmə təcrübəsi.
  • Nasazlıqların diaqnostikası, texniki baxış və təmir üzrə biliklər.
  • Elektrik təhlükəsizliyi standartları və normativləri haqqında məlumatlılıq.
  • Gündəlik texniki hesabatların hazırlanması və sənədləşmə aparmaq bacarığı.
  • Yüksək məsuliyyət hissi və texniki diqqətlilik.
  • Qəza hallarında operativ qərarvermə bacarığı.
  • Komandada işləmə bacarığı və ünsiyyət qurmaq bacarığı.
  • “B” kateqoriyalı sürücülük vəsiqəsi.
İş haqqında məlumat
  • Yanacaq məntəqələrindəki elektrik avadanlıqlarının (nasoslar, dispenserlər, generatorlar, işıqlandırma sistemləri və s.) fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;
  • Elektrik sistemlərində baş verən nasazlıqları vaxtında aşkarlamaq və aradan qaldırmaq;
  • Generatorların, UPS sistemlərinin və digər ehtiyat enerji mənbələrinin düzgün işləməsinə nəzarət;
  • Elektrik kabellərinin, qoruyucu sistemlərin və avtomatların dövri yoxlanması və texniki baxışlarının aparılması;
  • Yeni yanacaq məntəqələrinin elektrik işlərinə dəstək verilməsi və elektrik layihələrinin icrasında iştirak;
  • Elektrik avadanlıqlarının təmir, sazlama və servis işlərinin həyata keçirilməsi və qeydiyyatının aparılması;
  • Elektrik təhlükəsizliyi üzrə qaydalara əməl edilməsi və bu sahədə maarifləndirmə işlərinə dəstək;
  • Qəza hallarında təcili müdaxilə və problemin səbəbinin araşdırılması.

 

CV-nizi məktubun mövzu hissəsində “Yanacaq avadanlığı elektriki” qeyd edərək cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: