logo

Xidmətlərin təkmilləşdirilməsi şöbəsinə aparıcı məsləhətçi

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • Ünvan: N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15784
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 09.12.2025
  • Elanın bitmə tarixi: 08.01.2026

Namizədə tələblər

  • Ali təhsil (tibb, ictimai səhiyyə, səhiyyə menecmenti və s.)
  • Sahə üzrə 3 il iş təcrübəsi
  • Tibbi xidmətin təşkilinin əsasları
  • İctimai səhiyyənin əsasları
  • MS Office (word, excel, power point, visio) proqramlarında işləmək bacarığı - yaxşı səviyyədə
  • Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
  • İctimai səhiyyə, layihələrin idarəolunması və data analitikası üzrə sertifikatların olması arzuolunandır.

 

Bacarıqlara dair tələblər: 

  • Komanda işi
  • Nəticəyönümlülük
  • Məsuliyyətlilik
  • Analitik düşüncə
İş haqqında məlumat

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təkmilləşdirilməsi şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

 

İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi

 

Əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı

 

İşin təsviri

  • İlkin səhiyyə xidmətlərinin təşkili üzrə proseslərin təhlili
  • Tibbi xidmətlərin təkmilləşdirilməsi istiqamətində yeni layihə və təkliflərin hazırlanması
  • İlkin səhiyyə xidmətləri üzrə normativ hüquqi bazanın araşdırılması və tətbiqi
  • İlkin səhiyyə xidmətlərində dəyişikliklərin təsirinin qiymətləndirilməsi və təkliflərin formalaşdırılması
  • Aylıq və illik hesabatların hazırlanması

 

Əlavə qeydlər:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı seçim əsasında: 08:00 – 17:00; 09:00 – 18:00; 10:00-19:00

 

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

  • CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir
  • Mövzu sətrində “Xidmətlərin təkmilləşdirilməsi şöbəsi – aparıcı məsləhətçi” qeyd olunmalıdır

 

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: