
Xidmət keyfiyyətinin idarə edilməsi departamentinin Optimizasiya şöbəsinin mütəxəssisi
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 11413
- Elanın yerləşdirmə tarixi: 13.03.2025
- Elanın bitmə tarixi: 12.04.2025
Namizədə tələblər
- Vətəndaş qüsursuzluğuna malik olma;
- Ali təhsil;
- Bu sahədə minimum 6 ay iş təcrübəsi;
- Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
- Ünsiyyətqurma bacarıqları:
- Vahid komandada işləmək qabiliyyəti;
- Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
- Məsuliyyətli, diqqətli olmaq;
- İnsanlarla işləmək bacarığı;
- Xarici dil biliklər: Rus və İngilis.
İş haqqında məlumat
Kapital Bank-ın filiallarının təkmilləşdirilməsi prosesinə cavabdeh olacaq. Müxtəlif filiallarının fəaliyyətini izləmək, yeni filialların axtarışı və onların effektivliyini təmin etmək məqsədilə müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bizim məqsədimiz müştərilərimiz üçün rahat və funksional xidmət məkanları yaratmaqdır. Bu rolda siz, Bankın filiallarına aid obyektlərin məlumatlarını toplayaraq müvafiq bazanı yaradacaq, mövcud filialların daxili quruluşuna dair məlumatları mütəmadi olaraq yeniləyəcək, yeni filiallar üçün potensial məkanları araşdıracaq və filiallarda yaranan infrastruktur problemlərini həll edəcəksiniz. Kapital Bank-ın filiallarını daha effektiv və müştəriyönümlü etmək üçün sizin təcrübənizə və bacarıqlarınıza ehtiyac duyuruq. Əgər bank sektorunda idarəetmə və təşkilati bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, komandamıza qoşulun!
Öhdəliklər
- Daxili və xarici bazarda YSB-lərə aid yeniliklərin araşdırılması və mütəmadi olaraq məlumatların yenilənməsi (məsələn: daxili dizayn/konsept);
- Daşınmaz əmlak bazarının monitorinqi (yeni və köhnə obyektlərin qiymətinin araşdırılması);
- Əsaslı təmir və relokasiya olunacaq obyektlərin komissiya üzvləri ilə baxışı və təhvil alınması;
- Xidmət nöqtələrinin açılması, bağlanması, relokasiyası, əsaslı təmiri, daxili quruluşun təyin edilməsi, optimal yerləşmə planının hazırlanması;
- Xidmət nöqtələrinin optimallaşdırılması ilə bağlı yeni təkliflər hazırlamaq, təsdiq olunmuş layihələrin icrasına nəzarət etmək;
- Şöbəyə YSB-lərdən daxil olmuş müraciətləri araşdıraraq cavablandırılması;
- Digər struktur bölmələr tərəfindən həyata keçirilən və xidmət nöqtələrinin işinin səmərəliliyini artırmaq yönümlü layihələrdə iştirak etmək;
- Xidmət nöqtələrinin zəruri hüquqi sənədlərlə (əsasnamə, icazə vərəqəsi, icarə müqavilələri, və s.) lazımi qaydada təmin olunmasını təşkil etmək;
- Xidmət nöqtələrində əsas vəsaitlər, istifadə olunan zəruri avadanlıqların (kompyuter, printer, seyf, möhür, pulsayan kart sayan və s.) təhlilinin aparılması ilə optimal sayların təyin edilməsini təşkil etmək;
- Xidmət nöqtələrində terminal ehtiyaclarının, terminalların xarici və daxili tipli olmasının təyin edilməsi və yerləşmə planının hazırlanması;
- Xidmət nöqtələrində elekton növbəlilik sisteminin qurulması, yeni layihələrin tətbiq edilməsi və bununla bağlı digər işlərin görülməsi;
- Şöbə daxili cari işlərin görülməsi.
Üstünlüklər
- İnkişaf imkanları;
- Rəqabətli əmək haqqı və bonuslar;
- Yüksək təminatlı sığorta;
- Dəstəkləyici mühit;
- Visa Premium əmək haqqı kartı;
- Korporativ endirimlər;
- Korporativ tədbirlər;
- Əlavə məzuniyyət;
- Güzəştli təhsil və işçi kredit.
Oxşar vakansiyalar

AGRO - WEST DC LLC
Təchizat üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
13.03.2025
Bakı
6

AGRO - WEST DC LLC
Satınalma üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
13.03.2025
Bakı
4

Unibank
Biznes araşdırmaları üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
13.03.2025
Bakı
10

Xalq Bank
Gəncə filialının KOS üzrə Müştəri təmsilçisi
Maaş: Müsahibə əsasında
13.03.2025
Gəncə
10

Avrora
Əmək haqqı üzrə kiçik mütəxəssis
Maaş: Müsahibə əsasında
13.03.2025
Bakı
14

Cronos Construction
İnşaat üzrə layihə rəhbəri
Maaş: Müsahibə əsasında
13.03.2025
Bakı
12