
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- Ünvan: Azure Business Center, 17-ci mərtəbə, 116
- İş təcrübəsi: 3-5 il
- Maaş: 1200 - 1300 AZN
- Təhsil: Bakalavr
- Yaş: 25 - 40
- İş rejimi: Tam-ştat
- Elan ID: 11042
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 01.03.2025
- Elanın bitmə tarixi: 31.03.2025
Namizədə tələblər
- İş təcrübəsi: 3 ildən 5 ilə qədər
- Yaş: 25 - 40
- Ali təhsilli (texniki ali təhsilli olan namizədlərə üstünlük verilir)
- Azərbaycan dili - səlis
- Rus dili və ingilis dili - advance
- MS Office proqramlarından sərbəst istifadə bacarığı
- Sənaye məhsulları (dəmir, avadanlıq və qurğu ehtiyyat hissələri və inşaat materialları haqqında təcrübəyə sahib olmağı üstünlük təşkil edir)
- Çalışqan,işgüzar ünsiyyət bacarığı, problemləri həll etmə və məsuliyyət götürmə bacarığı
İş haqqında məlumat
- Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
- Bazarın təhlili, tələb olunan materialların başda Çin bazarı olmaqla (xarici bazarda) və daxili bazarda araşdırılması, texniki məlumat və müqayisəli şəkildə qiymət araşdırılmasının aparılması, təchizatçı bazasının hazırlanması və təhlili
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və tələb olunan standartlara uyğunluğunun yoxlanılması və qeydiyyatının aparılması
- Tədarükçülərlə müqavilələrin bağlanması
- Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi
- Təchizatçılarla göndəriş vaxtının razılaşdırılması,məhsulların çatdırılma periodunun düzgün kordinasiyası
- Logistika məsələlərinin həllinə dəstək göstərilməsi
- Malların gətirilməsi və anbara təhvil verilməsi üçün tələb olunan bütün işlərin görülməsi
- Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması
İş şəraiti:
- Həftə içi 5 gün Saat 08:00-dan -17:00-dək (şənbə günü saat 13:00-a qədər növbəli, bir həftədən bir)
- İş yeri: Azure Business Center, 17-ci mərtəbə, 116. (Xətayi Metro St yaxınlığı)
- Nəzərdə tutulan maaş 1200-1300 Azn
İntizamlı və uzun müddətli kariyera axtarışında olanlar daha müsbət qiymətləndiriləcək.