logo

Xaricdə təhsil departamenti üzrə məsləhətçi

  • Kateqoriya: Təhsil və elm
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7879
  • E-poçt: [email protected] mail
  • Elanın yerləşdirmə tarixi: 11.09.2024
  • Elanın bitmə tarixi: 11.10.2024
Namizədə tələblər
  • Ali təhsil;
  • Azərbaycan və ya Rus dilindən birini, həmçinin ingilis dilini sərbəst bilmək və qrammatik düzgün yazının olması;
  • Alman dili – sərbəst;
  • Bu sahədə təcrübə - mütləqdir;
  • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil;
  • Satış bacarığı;
  • Sorğuların operativ cavablandırılması qabiliyyəti;
  • Kompüter bilikləri: MS Office proqramları;
  • Təşkilatçılıq qabiliyyəti;
  • Zamanın idarə olunması.
İş haqqında məlumat
  • Şirkət haqqında məlumatların qəbulunu və ötürülməsini təmin etmək (telefon, elektron poçt, birbaşa müştəri ilə ünsiyyət);
  • Tələbələrin universitetlərə və yataqxanalara müraciətlərini və sənədləşmə proseslərini heyata keçirmək;
  • Xaricdə təhsil departamentinin bütün xidmət və fəaliyyətlərini effektiv şəkildə icra etmək;
  • Xaricdə təhsil xidmətləri ilə bağlı Müştəri müraciətlərini qəbul etmək və onlara konsultasiya xidmətləri göstərmək;
  • Xarici universitetləri ilə partnyorluq əlaqələrini müntəzəm şəkildə genişləndirmək;
  • Xaricdə təhsil ilə bağlı yenilikləri araşdırmaq və bu yenilikləri vaxtında tətbiq etmək;
  • Valideynlərlə mütəmadi əlaqə saxlamaq və onlara icra edilən işlər haqqında məlumatlar vermək;
  • Rəhbərliyin tələb etdiyi dövri hesabatlar hazırlamaq;
  • Üst rəhbərlik tərəfindən təsdiq edilmiş Şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək.

 

Təqdim etdiyimiz iş şərtləri:

  • Ofisdə individual iş yeri;
  • Stabil, gecikməyən əmək haqqı;
  • Mütəmadi təlimlər;
  • İş qrafiki: 6 günlük iş rejimi;
  • I - V günlər 10:00 - 18:00 aralığında (nahar fasiləsi daxil olmaqla), şənbə günləri isə 9:00 - 14:00 aralığı;
  • Əmək haqqı razılaşdırma ilə təyin edilir.

 

CV göndərərkən müraciət etdiyiniz vakansiyanın adını və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur. 

Uyğun namizədlər cv-lərini e-mail ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: