S

Video operator (Qəbələ şəhəri)

  • Kateqoriya: Xidmət
  • Şəhər: Qəbələ
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 14360
  • E-poçt: info@sosmedia.space
  • Elanın yerləşdirmə tarixi: 21.07.2025
  • Elanın bitmə tarixi: 20.08.2025

Namizədə tələblər

  • Analoji vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • MS Office proqramlarının yaxşı bilikləri;
  • Peşəkar kamera, təbii işıq və səslə ilə işləmə bacarığı;
  • Zövq, kompozisiya hissi və yaradıcı düşünmə bacarığı;
  • Gözəlliyi hiss edib onu kadrda ustalıqla əks etdirmə bacarığı;
  • Komanda işi bacarığı, məsuliyyətlilik, peşəkar davranış.
İş haqqında məlumat
  • Baş operator, rejissorlar, layihə koordinatorları və menecerlərlə əlaqə yaratmaq, cari məsələləri müzakirə etmək;
  • İclaslarda iştirak etmək, cari planları və yeni layihələri müzakirə etmək, iş planı hazırlamaq;
  • Cədvələ uyğun olaraq layihə çəkilislərini icra etmək;
  • Videoların çəkilisi, kadrın qurulması: aktyorlar, rekvizit və məkanla işləmək - estetik baxımdan cəlbedici görüntülər yaratmaq;
  • Video prevyuları və digər foto işlərin hazırlanmasında iştirak etmək;
  • Rejissor olmadıqda çəkilis prosesinin idarə olunması;
  • Çəkilis öncəsi referansları araşdırmaq və ya artıq çəkilmiş ideyanı təhlil etmək;
  • Bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar və operatorluq sahəsindəki yenilikləri izləmək;
  • İşıq avadanlıqları ilə işləmək, quraşdırmaq, işlədiyi avadanlıqlara nəzarət etmək;
  • Nasaz avadanlıqlar haqda rəhbərliyə məlumat vermək;
  • Görülmüş işlər barədə hesabat hazırlamaq;
  • Zərurət olduqda digər inzibati tapşırıqları yerinə yetirmək.

 

Digər:

  • İş qrafiki: 5\7;
  • Əmək haqqı müsahibə əsasında təyin edilir.

 

Tələblərə uyğun namizədlər mövzu hissəsində "Video operator Qəbələ" qeyd edərək, CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər. Qeyd: Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: