logo

UX/Uİ Aparıcı Mütəxəssis

  • Kateqoriya: Dizayn
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 14809
  • E-poçt: recruitment@veyseloglu.az
  • Elanın yerləşdirmə tarixi: 15.09.2025
  • Elanın bitmə tarixi: 15.10.2025

Namizədə tələblər

  • Kommersiya və brendə aid məlumatların məxfi saxlanılmasına görə məsuliyyət daşıyır.
  • Dizayn keyfiyyətinin şirkət standartlarına uyğun olmamasına görə məsuliyyət daşıyır.
  • UX/UI sahəsində etik qaydaların, informasiya təhlükəsizliyi prinsiplərinin pozulmasına görə məsuliyyət daşıyır
  • Şirkətin maddi-texniki resurslarından düzgün istifadə edilməməsinə görə məsuliyyət daşıyır.
  • Şirkətin rəqəmsal məhsullarının istifadəsinə mənfi təsir göstərə biləcək dizayn səhvlərinə görə məsuliyyət daşıyır
  • Qanunvericilik və şirkət qaydaları ilə müəyyən edilmiş səlahiyyətlərdən kənar qərarların nəticələrinə görə məsuliyyət daşıyır.

 

Şəxsi keyfiyyətlər:

  • Problemlərin həll olunmasında kreativ yanaşma.
  • Komandada işləmək bacarığı.
  • Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
İş haqqında məlumat

Veysəloğlu MMC İnformasiya Texnologiyaları Direktorluğunda UX/Uİ Aparıcı Mütəxəssis vakansiyasını elan edir. 


İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

 

Vəzifə öhdəlikləri:

  • Şirkətin rəqəmsal məhsullarının (veb sayt, mobil tətbiq və s.) istifadəçi təcrübəsini (UX) təkmilləşdirmək.
  • Müasir dizayn standartlarına əsaslanaraq interfeys dizaynlarını (UI) hazırlamaq və optimallaşdırmaq.
  • İstifadəçi tədqiqatları aparmaq, məlumat toplamaq və dizayn qərarlarını istifadəçi ehtiyaclarına uyğunlaşdırmaq.
  • Prototiplər, wireframe və dizayn maketləri hazırlamaq, onların təsdiqi üçün təqdimatlar etmək.
  • Layihə komandası (proqramçılar, analitiklər, məhsul menecerləri) ilə əməkdaşlıq edərək dizaynların düzgün tətbiqini təmin etmək.
  • İstifadəçi interfeyslərinin funksionallığını test etmək, A/B testləri aparmaq və nəticələr əsasında təkmilləşdirmələr təklif etmək
  • Brendin vizual standartlarına uyğun dizaynların hazırlanmasını təmin etmək.
  • UX/UI sahəsində ən son trendləri izləmək və innovativ yanaşmaları layihələrə tətbiq etmək.
  • Hazırlanan interfeyslərin müxtəlif cihaz və platformalar üçün uyğunluğunu təmin etmək (responsive dizayn).
  • Rəhbərlik tərəfindən verilən digər dizayn və istifadəçi təcrübəsi ilə bağlı tapşırıqları yerinə yetirmək.
  • Öz fəaliyyət sahəsində informasiya təhlükəsizliyi qaydalarına əməl etmək.
  • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

 

Təkliflər:

  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
  • Təlim və sertifikat proqramlarına dəstək.
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.

 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
  • Nahar ilə təmin edilmə.

 

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “UX/Uİ Aparıcı Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: