
- Kateqoriya: Xidmət
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Elan ID: 15134
- E-poçt: careers@pickvisa.com
- Elanın yerləşdirmə tarixi: 17.10.2025
- Elanın bitmə tarixi: 16.11.2025
İş haqqında məlumat
Əgər xəritələrə baxanda həyəcanlanır, tur paketlərini incələyəndə özünü müştəri kimi hiss edirsənsə və insanlara unudulmaz səyahət təcrübələri yaşatmağı sevirsənsə – biz səni axtarırıq!
Pickvisa komandası sənin kimi enerjili, satış bacarığı yüksək və turizmdə ustalaşmaq istəyən Tur Meneceri axtarır.
Səni nə gözləyir?
- Həftə içi 09:00 - 18:00 iş qrafiki (həftəsonu sənin istirahətindir)
- Müştərilərə viza, bilet, otel və tur paketləri təqdim etmək – hər birini özün üçün sifariş verirmiş kimi
- Müştərilərlə sıx əlaqə quraraq, onların arzularını gerçəyə çevirmək
- Yüksək satış hədəflərinə çataraq həm qazancını, həm də təcrübəni artırmaq
- Satış proseslərini izləmək, analiz etmək və rəhbərliyə hesabat təqdim etmək
Səndən nə gözləyirik?
- Amadeus proqramında bilet yazmağı bacarırsan? Sən bizə lazımsan!
- Gecə-gündüz fərqi olmadan təcili bilet sorğularını operativ həll edə biləcək qədər çevik olmalısan
- Bilet, otel və tur satışı sahəsində təcrübən varsa, mütləq müraciət et
- Viza prosedurlarına dair biliklərin varsa, bu sənin üçün üstünlükdür
- Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığın olmalıdır, İngilis dili isə əlavə avantajdır
- Nəticəyə fokuslanan, məsuliyyətli və operativ iş yanaşması
Bəs qarşılığında nə əldə edəcəksən?
- Əmək haqqı: 700 AZN + satışdan bonus
- Nə qədər yaxşı nəticə göstərsən, qazancın da bir o qədər artacaq
- Dəstək olan, mehriban və dinamik bir komanda
Əgər sən də səyahət dünyasında iz qoymaq və müştərilərə unudulmaz təcrübələr yaşatmaq istəyirsənsə, fürsəti qaçırma!
Müraciət üçün: CV-ni "Tur Meneceri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.
Oxşar vakansiyalar

Sinteks Group of Companies
Stüart
Maaş: Müsahibə əsasında
07.10.2025
Bakı
65

Fairmont Baku
Rezervasiya üzrə Menecer Müavini
Maaş: Müsahibə əsasında
24.09.2025
Bakı
99

Smart Electronics
Anbar müdiri
Maaş: 1300 - 1800 AZN
14.10.2025
Bakı
41

Green Cleaning MMC
Baş anbardar (Təmizlik şirkəti)
Maaş: Müsahibə əsasında
26.09.2025
Ağcabədi
127
N
Nurgun Holding
Anbardar
Maaş: Müsahibə əsasında
25.09.2025
Bakı
146

Selection Gallery
Reception
Maaş: 500 - 800 AZN
17.10.2025
Bakı
73