logo

Transformasiya ofisi üzrə mütəxəssis\aparıcı mütəxəssis

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 14604
  • E-poçt: cv@afb.az
  • Elanın yerləşdirmə tarixi: 25.08.2025
  • Elanın bitmə tarixi: 24.09.2025

Namizədə tələblər

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, menecment və ya texnologiya sahəsində);
  • Layihə idarəetməsi və ya transformasiya üzrə ən azı 1 il iş təcrübəsi;
  • Konsalting şirkətlərində iş təcrübəsi arzu olunandır;
  • Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı; 
  • Təqdimatların hazırlanması bacarığı;
  • İT, rəqəmsal və ya data üzrə biliklərin olması üstünlükdür;
  • Analitik və sistemli düşünmə bacarığı;
  • Güclü kommunikasiya və araşdırma, yüksək təqdim etmə bacarıqları;
  • Məsuliyyətlilik, dəqiqlik, yüksək işgüzar enerji və təşəbbüskarlıq.
İş haqqında məlumat

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri

 

İŞİN TƏSVİRİ:

  • Strateji transformasiya təşəbbüslərinin və yol xəritəsinin hazırlanması və icrasının nəzarətinə dəstək;
  • Transformasiya təşəbbüslərinin planlaşdırılması, icrası, monitorinqi və davamlılığının qorunması prosesində struktur bölmələr arasında əlaqələndirici funksiyanı yerinə yetirmək və koordinasiyanı təşkil etmək;
  • Bank daxilində transformasiya mədəniyyətini gücləndirmək, yeni strategiyaya  və konsepsiyaların hazırlanmasının, habelə onların keyfiyyətli icrasının təmin edilməsinə dəstək;
  • Kros-funksional layihələrin vaxtında icrasına və nəticələrinin qiymətləndirilməsinə dəstək göstərmək;
  • Strateji dashboard-ların hazırlanması və mütəmadi yenilənməsi;
  • Bankın strateji plan və göstəricilərinə inteqrasiya olunmuş hesabatlar hazırlamaq;
  • Yerli və beynəlxalq bazarda transformasiya trendləri, rəqəmsal texnologiyalar və bank sektorundakı dəyişikliklər üzrə davamlı araşdırmalar aparmaq;
  • AFB Bank-ın strateji hədəflərinə uyğun olaraq qabaqcıl təcrübələrin analiz olunması və tətbiqinə dair təkliflərin hazırlanması;
  • Zərurət yarandıqda konsultantların banka cəlb edilməsi və onlarla birgə işin təşkil olunması. 

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Transformasiya ofisi üzrə mütəxəssis\aparıcı mütəxəssis” qeydi edərək Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərməyini xahiş edirik.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: