logo

Tikinti sahəsində satınalmaların təftişi üzrə mütəxəssis

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • Ünvan: Hüseynbala Əliyev 32/24
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 7807
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 04.09.2024
  • Elanın bitmə tarixi: 04.10.2024
Namizədə tələblər
  • Ali təhsil (İqtisadiyyat və idarəetmə ixtisas qrupu, riyaziyyat və mexanika ixtisasları üzrə ali təhsil);
  • Tikintidə satınalmaların həyata keçirilməsi üzrə minimum 3 il iş təcrübəsi;
  • Yüksək riskli proseslərin nəzarət mexanizmləri üzrə sınaqların aparılması;
  • Məsafədən və yerində auditlər aparmaq, məlumat bazalarının təhlilini həyata keçirmək;
  • Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
  • Azərbaycan dilini mükəmməl bilməli, Rus və İngilis dili arzuolunandır;
  • Komandada işləmək bacarığı.
İş haqqında məlumat
  • Tərtib edilmiş aylıq plan və rəhbərin göstərişinə əsasən, müvafiq strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək;
  • Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat aparılan struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amilləri aradan qaldırmaq;
  • Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövrü olaraq inventariazsiya və təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin etmək;
  • Mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanılmış müqavilələrin şirkətin strategiya, prinsip və mənafeyinə uyğunluğunu yoxlamaq və ehtimal olunan riskləri müəyyən etmək.

 

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri, Hüseynbala Əliyev 32/24;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

 

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalmaların təftişi üzrə mütəxəssis” [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: