F

Texniki nəzarət şöbəsinin müdiri

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Sığorta: Bəli olunur
  • Elan ID: 15092
  • E-poçt: hr@fotonllc.az
  • Elanın yerləşdirmə tarixi: 13.10.2025
  • Elanın bitmə tarixi: 12.11.2025

Namizədə tələblər

  • Mühəndislik sahəsində ali təhsil (elektrik, mexanika, HVAC və ya inşaat);
  • Texniki komanda idarəetməsində ən az 5 il iş təcrübəsi;
  • Müxtəlif mühəndis sistemlərinin istismar və texniki saxlanması üzrə qabaqcıl biliklər;
  • Problem həll etmə, qərarvermə və planlaşdırma bacarıqları;
  • Güclü liderlik və komanda işini təşviq etmə qabiliyyəti;
  • İş təhlükəsizliyi qaydalarına dərindən bələdlik;
  • MS Office və texniki idarəetmə proqramları ilə işləmək bacarığı.
İş haqqında məlumat
  • Elektrik, inşaat, mexanika və HVAC mühəndisləri arasında işləri planlamaq, tapşırıqları bölüşdürmək;
  • İş qrafiklərini hazırlamaq və yerinə yetirilməsini nəzarətdə saxlamaq;
  • Şöbənin fəaliyyətinə dair prosedur və standartların hazırlanması, yenilənməsi;
  • Avadanlıqların istismar və texniki baxışI;
  • Transformator, generator, UPS, VRV, AHU, çiller və digər mühəndis sistemlərinin gündəlik vizual yoxlamalarını təşkil etmək;
  • Preventiv texniki baxış qrafikləri hazırlamaq və icrasına nəzarət etmək;
  • Nasazlıqların ilkin diaqnostikasını aparmaq, səbəblərini aşkarlamaq, bərpa işlərinin icrasını təmin etmək;
  • Sızmalar, vibrasiyalar, səs-küy, enerji itkiləri və digər işarələr üçün mütəmadi monitorinqin aparılması;
  • Planlı və təxirəsalınmaz təmir işlərini operativ təşkil etmək;
  • Təmir işləri üçün lazım olan ehtiyat hissələri, alətlər və materialların vaxtında təmin edilməsini izləmək;
  • Podratçı və servis şirkətləri ilə işləri koordinasiya etmək;
  • Təmir sonrası avadanlıqların testini və tam işlək vəziyyətdə təhvilini təmin etmək;
  • Elektrik, su və digər resursların optimallaşdırılması üçün texniki həllər təklif etmək;
  • Enerji sərfiyyatını azaldacaq modernizasiya layihələrini planlaşdırmaq;
  • Avadanlıqların istismar müddətini uzatmaq üçün tədbirlər görmək;
  • İşlərin təhlükəsizlik və standartlara uyğunluğunu təmin etmək;
  • İşçilərin texniki təhlükəsizlik qaydalarına riayət etməsini təmin etmək;
  • İstismar olunan bütün mühəndis sistemlərinin mövcud normativlərə və standartlara uyğunluğunu yoxlamaq;
  • Fövqəladə hallarda müdaxilə planlarını hazırlamaq və işçilərə təlim keçmək;
  • Gündəlik, aylıq və illik texniki xidmət/təmir planlarını hazırlamaq;
  • İcra olunmuş işlər və qarşıda duran tədbirlər barədə rəhbərliyə yazılı hesabat təqdim etmək;
  • Texniki nasazlıqların statistik analizini aparmaq və təkrarlanmaması üçün tədbirlər planı hazırlamaq;
  • Tabeçiliyindəki mühəndislərin peşəkar bilik və bacarıqlarını artırmaq üçün daxili təlim proqramları təşkil etmək;
  • Yeni avadanlıq və texnologiya üzrə işçilərə praktik və nəzəri təlimlər keçmək.

 

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı; 
  • Könüllü tibbi siğorta; (ailə paketi);
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

 

İş şəraiti:

  • İş rejimi:  5 günlük;
  • İş yeri: Bakı şəhəri.

 

Xahiş olur CV-lərinizi ”Texniki nəzarət şöbəsinin müdiri” başlığı altında Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərəsiniz.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: