logo

Texniki dəstək üzrə mütəxəssis

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Sığorta: Bəli olunur
  • Elan ID: 14097
  • Elanın yerləşdirmə tarixi: 30.06.2025
  • Elanın bitmə tarixi: 30.07.2025

Namizədə tələblər

  • İş təcrübəsi: İT sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur;
  • Təhsili: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta;
  • Kompüter bilikləri: MS Office: orta.

 

Üstünlüklər:

  • Çağrı Mərkəzi sistemləri üzrə iş təcrübəsi;
  • ADDS, DNS, DHCP, GPO və s. sistemləri üzrə iş təcrübəsi;
  • File Server, Print Server, WSUS, WDS Server üzrə iş təcrübəsi;
  • İnfrastruktur monitoring sistemləri üzrə iş təcrübəsi;
  • TCP/IP networking (subnets, firewall rules və s.) anlayışı;
  • Windows server versiyalarında və/və ya Azure texnologiyalarında Microsoft sertifikatların olunması.
İş haqqında məlumat
  • Şirkətin bütün struktur bölmələrinin əməkdaşlarının kompüter avadanlıqlarında və proqram təminatında meydana çıxan istənilən nasazlıqların aradan qaldırılması üçün texniki yardımın göstərilməsi və qüsurların qarşısını almaq məqsədilə təcili tədbirlər görülməsi;
  • Printer, skaner və digər periferiya qurğuların quraşdırılması və texniki qulluğun göstərilməsi;
  • Daxil olan müraciətlərin sistemdə qeydiyyatının aparılması və operativ həll edilməsi;
  • Yeni əməkdaşlar üçün kompüter və avadanlıqların quraşdırılmasını, şəbəkədə tanınmasını icra etmək;
  • İstifadədə olan soft lisenziyalarının araşdırılması və daimi nəzarətdə saxlanılmasını icra edilməsi;
  • Lazımi yeni lisenziyaların, proqram təminatının, avadanlıqların və digər İT sifarişlərin həyata keçirilməsi işinin təşkil edilməsi;
  • İnformasiya texnologiyaları infrastrukturunun inkişafı və texniki cəhətdən modernləşdirilməsi istiqamətində işlərin görülməsi;
  • Şirkətin əməkdaşlarının öz iş fəaliyyətlərində informasiya texnologiyalarından istifadə, onların bu sahədə bilik və bacarıqlarının artırılması işinin təşkil edilməsi;
  • Birbaşa rəhbərin göstərişi ilə digər aidiyyəti tapşırıqları yerinə yetirmək və şirkətin struktur bölmələrinin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək.

 

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları.

 

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: