
- Kateqoriya: Informasiya texnologiyaları
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Elan ID: 11183
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 05.03.2025
- Elanın bitmə tarixi: 04.04.2025
Namizədə tələblər
- Texniki dəstək və ya IT sahəsində iş təcrübəsi (arzuolunandır 1 ildən, lakin təcrübəsiz namizədlər üçün də imkanlar mövcuddur)
- Yaxşı ünsiyyət bacarıqları və istifadəçilərlə işləmə qabiliyyəti
- Səlis şifahi və yazılı nitq
- Tez öyrənmək və yeni texnologiyalara uyğunlaşmaq bacarığı
- İstifadəçilərin problemlərini həll edərkən stresə davamlılıq və səbir
Texniki bacarıqlar:
- Şəbəkələrin işləmə prinsiplərini anlamaq (IP ünvanlar, DHCP, DNS, VPN)
- Ofis proqramları ilə işləmə bacarığı (Microsoft Office, e-poçt müştəriləri)
- İnformasiya təhlükəsizliyinin əsasları (parollar, giriş icazələri)
- Uzaqdan qoşulma sistemləri ilə ilkin biliklər (RDP, AnyDesk)
- Texniki məsələləri analiz etmək və nasazlıqları tez bir zamanda müəyyən edib aradan qaldırmaq bacarığı
- Komanda şəraitində işləmək və müştərilər, digər mütəxəssislərlə səmərəli ünsiyyət qurmaq qabiliyyəti
İş haqqında məlumat
- İstifadəçilərdən daxil olan texniki problemləri qəbul etmək və ilkin diaqnostika aparmaq
- Proqram təminatının sazlanması və yenilənməsi
- Şəbəkə bağlantılarının v yoxlanılması və problemlərin həlli
- İstifadəçilərə texniki dəstək göstərmək və onların suallarına cavab vermək
- Problemləri həll edərkən lazım gəldikdə ikinci və üçüncü səviyyə texniki dəstək mütəxəssislərinə yönləndirmək
- Tiket sistemində (Bitrix24 və ya digər) müraciətlərin qeydiyyatını aparmaq və onların vaxtında həll edilməsini təmin etmək
- İnformasiya təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək və istifadəçilərə bu sahədə tövsiyələr vermək
- Sistemi ilə işləməsi üzrə təlimin keçirilməsi və texniki dəstək sorğularına operativ cavab verilməsi
İş barədə məlumat:
- Tam iş günü
- İş yeri: Bakı şəhəri
- Böyük miqyaslı layihələrdə iştirak imkanı, peşəkar inkişaf və təlim proqramları
- Rahat iş şəraiti və həmkarların dəstəyi
- Təhlükəsizlik sahəsində qabaqcıl texnologiyalardan istifadə edilərək layihələrin həyata keçirilməsi
Əgər siz bu çağırışa hazırsınız və müasir təhlükəsizlik sistemlərinin inkişafına öz töhfənizi vermək istəyirsinizsə, zəhmət olmasa CV və müşayiət məktubunuzu elektron poçt ünvanına göndərin.
Xahiş edirik email-ın “mövzu” bölməsində “Texniki dəstək üzrə mütəxəssis” qeyd edəsiniz.