- Kateqoriya: Satış
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 15991
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 28.12.2025
- Elanın bitmə tarixi: 27.01.2026
Namizədə tələblər
- Ali təhsil (bakalavr dərəcəsi minimum);
- Təhsil, müştəri xidməti və ya satış sahəsində minimum 1 il iş təcrübəsi (xaricdə təhsil sahəsində təcrübə üstünlükdür);
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Azərbaycan və İngilis dillərini sərbəst bilmək (Rus dili əlavə üstünlükdür);
- Dinləmə və empatiya bacarıqları – müştəri ehtiyaclarını düzgün anlamaq qabiliyyəti;
- Sürətli öyrənmək, detallara diqqətli olmaq və təşəbbüskar davranmaq;
- Google Workspace, Microsoft Office və CRM sistemləri ilə işləmək bacarığı;
- Komanda ilə işləmək və sərt son tarixlərdə fəaliyyət göstərmək bacarığı.
İş haqqında məlumat
Pilgrim Education – beynəlxalq təhsil sahəsində fəaliyyət göstərən aparıcı şirkət – potensial müştərilərlə telefon üzərindən effektiv satış ünsiyyəti qura biləcək, nəticəyönümlü Telesatış üzrə Mütəxəssis axtarır.
Bu vəzifə müraciət etmiş tələbələrlə əlaqə saxlamaq, onları şirkətin xidmətləri barədə məlumatlandırmaq və konsultasiyaya yönləndirməklə satış prosesini dəstəkləmək məqsədi daşıyır.
Əsas vəzifələr:
- Daxil olan müraciətlər (lead-lər) üzrə potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlamaq.
- Xaricdə təhsil xidmətləri, proqramlar və digər məhasullar haqqında ilkin məlumat vermək.
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun xidmətlərə yönləndirmək.
- Satış skriptlərinə uyğun şəkildə peşəkar və inandırıcı ünsiyyət qurmaq.
- Müştəri məlumatlarının CRM sisteminə düzgün və vaxtında daxil edilməsi.
- Zəng nəticələrinin gündəlik və aylıq hesabatlarının hazırlanması.
- Satış planı və hədəflərinə (KPI) uyğun fəaliyyət göstərmək.
Pilgrim Education sizə təklif edir:
- Sabit əmək haqqı + satışa əsaslanan bonus sistemi.
- Rahat və müasir ofis mühiti.
- Satış və beynəlxalq təhsil sahəsində inkişaf imkanı.
- Dəstəkləyici və peşəkar komanda.
- Karyera yüksəlişi perspektivi.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində qeyd edin: “Telesatış üzrə mütəxəssis”.
Oxşar vakansiyalar
AZZA Cake House
Satıcı
Maaş: 500 - 550 AZN
17.01.2026
Bakı
29
Lalafo
Специалист по продажам
Maaş: 700 AZN
15.01.2026
Bakı
36
Air Media
Korporativ satış üzrə mütəxəssis
Maaş: 900 AZN
13.01.2026
Bakı
55
Barkod Electronics
Korporativ satış şöbəsinin mütəxəssisi
Maaş: 700 - 800 AZN
12.01.2026
Bakı
62
OMİD Mağazalar Şəbəkəsi
Satış Məsləhətçisi
Maaş: 550 - 800 AZN
06.01.2026
Bakı
117
Caspian Equipment Company
Korporativ satış üzrə kiçik mütəxəssis
Maaş: Müsahibə əsasında
30.12.2025
Bakı
98