
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- Ünvan: Aşıq Molla Cümə 46 C
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 11108
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 03.03.2025
- Elanın bitmə tarixi: 02.04.2025
Namizədə tələblər
- Excel, Power BI, Power Query, Power Pivot üzrə biliklərin olması;
- Dil bilikləri: Azərbaycan dili əla, rus dili bilikləri üstünlükdür;
- Komanda ilə işləmə bacarığı;
- Analitik düşünmə bacarığı;
- Diqqətcil və məsuliyyətli olmalı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: İqtisadiyyat, idarəetmə sahələri üzrə ali təhsil;
- İş təcrübəsi: sahə üzrə min. 1 il.
İş haqqında məlumat
- İllik satış büdcəsinin aylar və SKU üzrə düzgün paylanmasının yoxlanılması;
- Aylıq satış planının tərtib edilməsi, geri dönüşlərin yoxlanılması, sistemə daxil edilməsi üçün hazır vəziyyətə gətirilməsi;
- Aylıq olaraq planların fərdlər üzrə bölgüsünün, reallaşmasının izlənilməsi;
- Kassa planlarının hazırlanması, planların aylıq, rüblük və illik olaraq tərtib edilməsində iştirak edilməsi və Satış komandası arasında bölgüsünün aparılması.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Aşıq Molla Cümə 46 C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları.
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tələb planlama üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.