- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 16818
- Elanın yerləşdirmə tarixi: 23.04.2026
- Elanın bitmə tarixi: 23.05.2026
Namizədə tələblər
- Ali təhsil (İdarəetmə və digər sahələrdə üstünlükdür);
- Müvafiq sahədə minimum 10 ilədək iş təcrübəsi;
- Hərbi sahədə rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilini sərbəst bilmək, rus dili biliyi üstünlükdür;
- Kompyuter bilikləri: MS Office proqramları ilə sərbəst işləmə bacarığı.
Peşəkarlıq tələbləri:
- Təhlükəsizlik sistemləri və risk idarəetməsi üzrə biliklər;
- Liderlik və komanda idarəetmə bacarıqları;
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Fövqəladə halların idarə olunması və təhlükəsizlik standartları üzrə məlumatlılıq;
- Yüksək məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı.
İş haqqında məlumat
“Abşeron Logistika” MMC “Təhlükəsizlik üzrə menecer” vəzifəsi üzrə vakansiya elan edir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Mərkəzdə təhlükəsizlik üzrə məsələləri idarə və nəzarət etmək;
- Nəzarət buraxılış məntəqələrinin işini qurmaq və idarə etmək;
- Mərkəzin yanğından mühafizə sistemlərini daim nəzarətdə saxlamaq;
- Mərkəzin ərazisində olan anbarlar, inzibati, texniki, xidməti binalarına, nəqliyyat vasitələrinin, texnikaları, mal-materialların mühafizəsini işini qurmaq, idarə və nəzarət etmək;
- Təhlükəsizlik siyasət və prosedurlarını hazırlanmaq və tətbiq etmək;
- Mühafizə heyətinin idarə olunması, iş qrafiklərinin tərtibi və fəaliyyətinə nəzarət;
- Ofislərdə və ya ərazidə baş vermiş hadisələr barədə şöbə müdirinə məlumat və hesabat vermək.
Göstərilən tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə keçid edərək karyera portalımız üzərindən və ya CV formalarını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təhlükəsizlik üzrə menecer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
Veysəloğlu MMC
Tədarük üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
23.04.2026
Bakı
16
S
SOCAR Upstream Management International LLC
Senior / Lead Talent Specialist
Maaş: Müsahibə əsasında
23.04.2026
Bakı
14
Omnitech
Əməliyyat üzrə operator
Maaş: 450 AZN
23.04.2026
Bakı
22
Avromak MMC
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis
Maaş: 1000 - 1200 AZN
21.04.2026
Bakı
46
Azerbaijan SuperMarket
Fəaliyyətin səmərəliliyi və market prosesləri üzrə kiçik mütəxəssis / Junior Productivity & Instore Processes Specialist
Maaş: Müsahibə əsasında
17.04.2026
Bakı
79
F
Frazex
Специалист службы поддержки (чат)
Maaş: Müsahibə əsasında
17.04.2026
Bakı
72