Tədbirlər və Layihələr üzrə aparıcı mütəxəssis (Qırmızı Ürəklər Fondu-Kapital Bank)
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 10020
- Elanın yerləşdirmə tarixi: 31.01.2025
- Elanın bitmə tarixi: 02.03.2025
Namizədə tələblər
- Ali təhsil;
- QHT-lər, vətəndaş cəmiyyəti sektoru layihələri ilə iş təcrübəsi;
- Layihələrin idarə edilməsi sahəsində ən azı 2-3 il iş təcrübəsi;
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
- Standart MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarıqları (Word, Excel, PowerPoint və s.)
- Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq və yazmaq (ingilis dili və rus dili biliyi arzuolunandır);
- Layihə idarəetmə bacarığı;
- Təşklatçılıq və təmsil etmək bacarığı;
- Kreativlik və nəticə yönümlülük.
İş haqqında məlumat
Kapital Bank-ın Korporativ Sosial Məsuliyyət bölməsinə aparıcı mütəxəssis axtarışındayıq. Qırmızı Ürəklər Fondu Kapital Bank tərəfindən təsis edilib və bankın korporativ sosial məsuliyyət sahəsinə aid istiqamətlərindən biridir. Bu sahədəki hazırkı məqsədimiz ictimai və sosial əhəmiyyətli, cəmiyyətimiz üçün həssas və vacib olan məsələlərlə əlaqədar sosial təşəbbüslərin, maarifləndirmə, təlim-tədris, sosial yönümlü aksiyaların, layihələrin həyata keçirilməsidir. Cəmiyyətə töhfə vermək, onun inkişafında paya sahib olmaq, ölkəmizin gələcək rifahı üçün çalışmaq bizim əsas məqsədlərimizdən biridir. Əminik ki, yeni KSM əməkdaşımız bu məqsədlərə birlikdə nail olmağımızda əhəmiyyətli rol oynayacaq.
Bizimlə işləməyin üstünlükləri:
- Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
- Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
- Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Öhdəliklər
- Vətəndaş cəmiyyəti sahəsində (QHT) layihələrin idarə edilməsi;
- Müxtəlif sosial tədbirlərin, layihələrin hazırlanması və icra edilməsi;
- Müxtəlif KSM layihələrinin təşəbbüsü və icra edilməsi, bu istiqamətdə tərəfdaşlarla müvafiq işlərin aparılması, koordinasiyanın təşkil edilməsi;
- KSM layihələrinin icrası ilə əlaqədar müvafiq dövlət və özəl qurumlar, təşkilatlar, agentliklə, konüllülərlə və s. əməkdaşlıq edilməsi, layihənin tam şəkildə icrasının təmin edilməsi;
- KSM layihələrinin A-dan Z-yə planlaşdırılması, büdcələnməsi, icra edilməsi, hesabatın təqdim edilməsi işlərinin görülməsi;
- Həyata keçirilən KSM fəaliyyəti haqqında kommunikasiyanın hazırlanması;
- KSM ilə əlaqədar əsas paydaşların (Vətəndaş Cəmiyyəti İnstitutları, media, hökümət, müştərilər və s.) ehtiyaclarının araşdırılması, təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması;
- Həyata keçirilən tədbirlərin nəticələrini təhlil etmək, aylıq, rüblük və illik hesabatları tərtib etmək;
- Layihələrin monitorinqini aparmaq.
Oxşar vakansiyalar
AzProduct
Sənədləşmə və Sistem üzrə Mütəxəssis (Bakı ofisi)
Maaş: Müsahibə əsasında
26.12.2025
Bakı
37
Huawei Technologies Azerbaijan
Key Account Manager
Maaş: Müsahibə əsasında
25.12.2025
Bakı
31
MJ Financial Services BOKT ASC
Filial meneceri (Lombard kreditləri üzrə)
Maaş: 800 - 1000 AZN
25.12.2025
Bakı
29
FM Consulting
Mütəxəssis - Qiymətləndirmə və Konsaltinq üzrə
Maaş: Müsahibə əsasında
23.12.2025
Bakı
48
BESTİNG MMC
Müfəttiş
Maaş: 1200 - 1500 AZN
22.12.2025
Bakı
74
Midtown Hotel Baku
Midtown Hotel Baku
Maaş: 550 - 650 AZN
22.12.2025
Bakı
60