logo

Təchizatçı (Elektrik Avadanlıqları və Materiallarının Satınalması üzrə)

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Texniki təhsil
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 14945
  • E-poçt: hr@energazer.com
  • Elanın yerləşdirmə tarixi: 25.09.2025
  • Elanın bitmə tarixi: 25.10.2025

Namizədə tələblər

  • Ali texniki və ya iqtisadi təhsil (elektrik mühəndisliyi üzrə üstünlük verilir)
  • Elektrik avadanlıqlarının satışı və ya təchizatı üzrə azı 2 il iş təcrübəsi
  • Satınalma və təchizat zənciri üzrə praktiki biliklər
  • Texniki kataloqlarla və məhsul xüsusiyyətləri ilə işləmə bacarığı
  • MS Office, 1C, SAP və digər ERP sistemlərində işləmə təcrübəsi
  • Analitik düşüncə, danışıqlar aparmaq və qərarvermə bacarığı
  • Azərbaycan dili – səlis, ingilis dili – zəruri, rus dili – arzuolunandır
İş haqqında məlumat

Elektrik avadanlıqları və əlaqəli materialların vaxtında və keyfiyyətli şəkildə tədarük edilməsini təmin edə biləcək təcrübəli və təşəbbüskar Təchizatçı axtarırıq!


Əsas vəzifə və öhdəliklər:

  • Elektrik avadanlıqları və materialları üzrə bazar araşdırmalarının aparılması
  • Təchizatçılarla danışıqlar, müqavilələrin bağlanması və şərtlərin razılaşdırılması
  • Qiymət təkliflərinin toplanması və müqayisəli təhlili
  • Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət
  • Tədarükçülərlə davamlı əməkdaşlıq qurulması
  • Materialların vaxtında və keyfiyyətə uyğun çatdırılmasının təmin edilməsi
  • Anbar, layihə komandası və digər departamentlərlə koordinasiyalı əməkdaşlıq
  • Hesabatların və sənədlərin hazırlanması
  • Daxili prosedurların və satınalma siyasətlərinin icrasına nəzarət

 

Əmək haqqı: Müsahibə əsasında


Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CV göndərərkən mövzu sətrində “Təchizatçı – Elektrik Avadanlıqları” qeyd etməyi unutmayın.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: