logo

Təchizat Üzrə Menecer

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 8410
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 14.11.2024
  • Elanın bitmə tarixi: 14.12.2024
Namizədə tələblər
  • Biznes idarəetməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi.

 

Təcrübə:

  • Təchizat prosesinin idarəetmə, logistika, satınalma və ya əlaqəli sahələrdə ən azı 3-5 il iş təcrübəsi.

 

Professional biliklər:

  • Təchizat prosesi və logistika prinsiplərinin, praktikalarının və mahiyətinə aid dərin biliyə malik olmalı.
  • Təchizatçılar ilə münasibətlərinin qurulması, danışıqların aparılması və proseslərə nəzarət təcrübəsinə malik olmalı.
  • Nəqliyyat rejimləri, marşrutlaşdırma və qrafiklərin tərtibi daxil olmaqla logistika idarəetməsinə aid biliyə malik olmalı
  • Logistika proseslərin optimallaşdırılması və nəqliyyat xərclərini idarəsi olunmasına aid biliyə malik olmalı
  • Keyfiyyət standartlarını qorumaqla xərc qənaətini təmin etmə bacarığına malik olmalı
  • Təchizat prosesləri ilə bağlı yoxlama orqanların tələblərinə və sənaye standartlarına aid biliyə malik olmalı.
  • Müqavilələr, şərtlər və qiymətlərlə bağlı danışıqlar aparmaqda bacarığına malik olmalı.

 

Professional bacarıqlar və kompetensiyalar: 

  • Təchizatın idarə olunması.
  • Logistika koordinasiyası.
  • Sifariş tələblərinin planlaması və proqnozlaşdırılması
  • Xərclərin idarə olunması.
  • Risklərə nəzarət.
  • Anbar qalıqlarına nəzarət.
İş haqqında məlumat

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

 

Sinteks Şirkətlər qrupuna daxil olan FBCO şirkətinə hal hazırda Təchizat Üzrə Menecer tələb olunur.

 

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

 

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu təchizat prosesinin idarəolunmasından ibarətdir.

 

Vəzifə öhdəlikləri:

Təchizatçılar ilə işin idarəolunması:

  • Təchizatçılar və satıcılar ilə əlaqələri qurmaq və tənzimləmək.
  • Təchizatçılar ilə müqavilələr, şərtlər və qiymətlərə dair danışıqları aparmaq.
  • Təchizatçıların iş keyfiyyətini nəzarətdə saxlamaq və şirkət standartlarına uyğunluğunu təmin etmək.

 

Logistika koordinasiyası:

  • Malların daşınması və paylanması prosesini idarə etmək.
  • Logistika şöbəsi ilə koordinasiya etməklə məhsulların vaxtında çatdırılmasını təmin etmək
  • Daşınma və digər nəqliyyat xərclərini optimallaşdırmaq.

 

Sifariş tələblərinin planlaması və proqnozlaşdırması:

  • Sifariş tələblərini dəqiq proqnozlaşdırmaq üçün satış və marketinq komandaları ilə yaxından işləmək.
  • Sifariş tələblərinin planlaması strategiyalarını təkmilləşdirmək və tədbiq etmək.
  • Bazarda baş verən yeniliklərə və vəziyyətə əsasən təchizat prosesində müvafiq düzəlişlər və tənzimləmələr etmək.

 

Xərclərin idarə olunması:

  • Təchizat xərclərinə və büdcələrə nəzərət etmək
  • Keyfiyyət səviyyəsini endirmədən təchizat xərclərinin qənaətini təmin edən imkanları müəyyənləşdirmək.
  • Təchizat xərclərinə ilə bağlı hesabatları  hazırlamaq və rəhbərliyə təqdim etmək.

 

Risklərə nəzarət:

  • Təchizat prosesinin pozulmalarına qarşı riskin azaldılması strategiyalarını inkişaf etdirmək.
  • Təchizat prosesinin müfaviq yoxlama orqanların tələblərinə və sənayə standartlarına uyğunluğu təmin etmək.

 

Məsuliyyət sahəsi:

  • Kifayət qədər tədarükü təmin etmək və eyni vaxtda artıq mal sayını minimuma endirmək üçün anbar qalığlarına nəzarət etmək
  • Anbar qalıqlarını effektiv idarə etmək üçün müvafiq nəzarət sistemini tədbiq etmək
  • Anbar qalıqlarının dəqiqliyini təmin etmək üçün mütəmadi olaraq auditin keçirilməsini təmin etmək.

 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təchizat Üzrə Menecer” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: