logo

Təchizat üzrə koordinator

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15845
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 15.12.2025
  • Elanın bitmə tarixi: 14.01.2026

Namizədə tələblər

  • Ali təhsil;
  • Qonaqpərvərlik sahəsində tələb olunan malların yerli və xarici bazarda araşdırılması;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi, restoran və ya otel sahəsində təcrübə üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus və ya İngilis dili – orta;
  • Kompüter bilikləri: Micros, 1C, MS Ofis Proqramları, xüsusi ilə MS Excel üzrə biliklər;
  • İşlərin planlaşdırılması və analizi;
  • Analitik düşüncə qabilyyəti;
  • Yüksək ünsiyyət qurmaq və komandada işləmək bacarıqları.
İş haqqında məlumat

İş yeri: Paulaner Brauhaus Baku

 

Əmək funksiyası: 

  • Paulaner Baku Restoranın ehtiyaclarını araşdırmaq və sifarişləri müəyyənləşdirmək;
  • Paulaner Baku Restoranın vaxtlı-vaxtında lazım olan geniş çeşidli məhsullarla təmin etmək;
  • Bazarı araşdırmaq, məhsul və qiymətlər barədə informasiyalar əldə etmə;
  • Müxtəlif şirkətlərlə əlaqələr qurmaq, bu şirkətlərlə müqavilələr bağlamaq;
  • Təkliflər ilə bağlı şirkətlərlə görüşlər təşkil etmək;
  • Təchiz olunacaq məhsulların qiymət və keyfiyyətinə nəzarət etmək;
  • Müxtəlif sənədlər, müqavilələr, çeklər, fakturalar və s. ilə işləmək;
  • Maliyyə və anbar şöbələri ilə paralel işi təşkil etmək;
  • Təchizat proqramı vasitəsilə bütün təchizat proseslərinə nəzarət, sifarişlərin qəbulu və hesabatların verilməsi;
  • Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq;
  • Təhvil-təslim aktlarının maliyyə şöbəsinə təqdim edilməsi;
  • Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərini minimuma endirilməsini təmin etmək;
  • Tenderlərin təşkili;
  • Sifariş formalaşdırma, 1C və ya İscala proqramında PO yaratmaq;
  • Zəruri hallarda – yüklərin/malların sənədləşməsində çatışmazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması), xarab olması hallarında yük/mal nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
  • Anbardara sənədləşmə və məhsul qəbulu məsələlərində daimi yardım etmək;
  • Anbardar məzuniyyətdə olduğu halda məhsul qəbulunu həyata keçirmək;
  • Mövsumi açılacaq ticari obyektin sifarişlərini formalaşdırıb, məhsul qəbulunu həyata keçirmək. 

 

Vəzifə üzrə təminatlar:

  • Dünyanın məşhur alman brendində iş imkanı;
  • “TABİA qrup” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Gündəlik qidalanma.

 

Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.

 

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: