- Kateqoriya: Səhiyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Elan ID: 8442
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 18.11.2024
- Elanın bitmə tarixi: 18.12.2024
Namizədə tələblər
- Tibb bacısı üzrə diplom və ya sertifikat
- Güclü ünsiyyət, detallara diqqət, təşkilatçılıq qabiliyyəti və qayğıkeş yanaşma
- Stomatoloji mühitdə əvvəlki təcrübə üstünlükdür
- Rol tez-tez uzun müddət dayanmağı və hər yaşda olan xəstələrlə ünsiyyət qurmağı tələb edir
İş haqqında məlumat
İdeal namizəd diş həkimlərimizə yüksək keyfiyyətli dəstək verəcək, xəstənin rahatlığını təmin edəcək və effektiv stomatoloji qulluq göstərməyə kömək edəcək. Bu rol müalicə otaqlarının hazırlanmasını, alətlərin sterilizasiyasını, xəstələrin qeydlərini idarə etməyi əhatə edir.
Vəzifə öhdəlikləri:
- Stomatoloji prosedurlardan əvvəl alətləri, materialları və avadanlıqları hazırlamaq
- Stomatoloji protokollara uyğun olaraq alətləri və avadanlıqları sterilizasiya edib və dezinfeksiya etmək
- Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək, aseptika və antiseptika qaydalarına əməl etməyi bacarmaq
- Xəstələri qarşılayıb müalicələrinə hazırlamaq və rahatlığını təmin etməklə müalicə zamanı kömək etmək
- Stomatoloji kabinetin təmizliyini və təşkilini qorumaq
- Təhlükəli materialların atılması da daxil olmaqla sağlamlıq və təhlükəsizlik qaydalarına əməl etmək
- Dərmanların məqsədli işlədilməsinə məsuliyyət daşımaq, həkim təyinatlarının düzgün yerinə yetirilməsini, dərman maddələrinin və etil spirtinin müvafiq qaydada uçotunun aparılmasını, işlədilməsini və saxlanılmasını təmin etmək
- Dəqiq və təfərrüatlı tibbi qeydləri saxlamaq, xəstə məlumatlarını digər tibb işçilərinə effektiv şəkildə çatdırmaq və təyin edilmiş inzibati tapşırıqları yerinə yetirmək
İş şəraiti:
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq təyin edilir
- İş rejimi həftənin 6 günü (09:00 – 17:00), Şənbə günü qısa iş günü
Maraqlanan namizədlər CV-ləri “ Stomatoluq Tibb bacısı” başlığı altında mail ünvanına göndərə bilərlər.