logo

Smeta üzrə mühəndis

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 8720
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 11.12.2024
  • Elanın bitmə tarixi: 10.01.2025
Namizədə tələblər
  • İnşaat Mühəndisi sahəsində ali təhsil;
  • Müvafiq sahədə 2 il iş təcrübəsi;
  • AutoCad proqramında işləmə bacarığı (Lira, SAP, Tekla arzu olunandır);
  • Azərbaycan dili mükəmməl, İngilis dili arzu olunandır;
  • Komandada işləmək bacarığı.
İş haqqında məlumat
  • Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;  
  • İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
  • Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlanması;
  • Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;
  • Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qruplaşmalarını yaratmaq;
  • Tikintidə istifadə olunacaq materialların smeta və norma qaydalarına uyğun istifadəsi və silinməsi proseslərinə 1C 8.3 proqramı vasitəsilə nəzarətin edilməsi;
  • Hazırlanmış smetaya uyğun olaraq tikinti sahəsində birbaşa texniki nəzarətin həyata keçirilməsi;
  • Müxtəlif tikinti-quraşdırma və təmir işlərinin səmərəli və optimal qiymətə yerinə yetirilməsi üçün təkliflərin verilməsi;
  • Ümumi tikinti, təmir, MEP (elektrik quraşdırma, sanitar texniki, su təhcizatı, kanalizasiya) işləri üçün verilmiş layihələr əsasında material, iş həcmlərinin analizi və detallı smetaların tərtib edilməsi.

 

İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: Bazar günü (Şənbə qısaldılmış iş günü);
  • İş yeri: Layihədən asılı olaraq dəyişir;
  • Korporativ nömrə verilir.

 

Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: