logo

Smeta mühəndisi (Region)

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 12417
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 14.04.2025
  • Elanın bitmə tarixi: 14.05.2025

Namizədə tələblər

  • Ali təhsil (İnşaat üzrə);
  • Azərbaycan və İngilis dillərini bilməsi;
  • Microsoft Office proqramlarını (Excel,Word, Outlook), AutoCad mükəmməl səviyyədə bilməsi;
  • Tikinti sahəsində minimum 4 il iş təcrübəsi; 
  • İşçi layihələrin bütün bölmələrinin oxuma bacarığı; 
  • Tikinti sənədləşməsini (aktlar jurnallar və s.)  bacarmalı;
  • Maliyyə təhlili və tikinti bazarı üzrə aktual məlumatlara sahib olması;
  • Detallı və dəqiq hesablama bacarığı.
İş haqqında məlumat
  • Layihə cizgiləri əsasından təmir tikinti iş həcmləri cədvəlin tərtib edilməsi; 
  • Layihə işlərinə uyğun xərclərin hesablanması (materiallar, işçi qüvvəsi, avadanlıqlar və s.).
  • İş həcmləri cədvəllərin təhlil edilmməsi və tikinti layihələrin risklərini nəzərə alaraq təkminləşdirilməsi;
  • Smeta dəyərlərinin tikinti normativlərinə uyğunluğunun yoxlanılması.
  • Planlaşdırılmış və faktiki xərclərin müqayisəsi, uyğunsuzluqların müəyyən edilməsi.
  • Layihə smeta sənədlərinin dövlət və ya korporativ tələblərə uyğun tərtibatı.
  • Rəqib təkliflərinin maliyyə analizi və qiymətləndirilməsi.
  • Tikinti işlərinin smeta büdcəsinə uyğun aparılmasına nəzarət.
  • Smeta üzrə dəyişikliklər və əlavə işlər üçün təkliflərin hazırlanması.
  • Layihə menecerləri və texniki mütəxəssislərlə işin koordinasiyası.
  • Layihə rəhbərinin tələbinə əsasən büdcənin formalaşdırılmasını və layihə prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanmasına dair təkliflərin verilməsini  icra edir ;
  • Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
  • Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsini icra edir;
  • Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsinə nəzarət edir və təklif verir;
  • Sənədlərin hazırlanması zamanı mühəndis layihənin həyata keçirilməsi üçün zəruri olan materialları və komponentləri seçir, texniki şərtləri (BOM), kiçik texniki heyət üçün quraşdırma və konfiqurasiya təlimatlarını tərtib edir (BOQ qiymətləndirmə əməliyyatını icra edir );
  • Tikinti layihələrində texnika və material sərfiyyat cədvəllərinin tərtib edilməsi;
  • İş həcmlərin nəzarət edilməsi, layihədə dəyişiklər baş verərsə iş həcmləri cədvəllərində muvafiq düzəlişlərin tərtib edilməsi;
  • Tikinti təkliflərin təqdim edilməsində iş həcmlərin yoxlanılması və təsdiq edilməsi;
  • İcra edilmiş / görülən işlərin təhvil təslim aktların (Forma-2) tərtib edilməsi;
  • Podratçılar, dizaynerlər və digər mütəxəssislərlə sıx əməkdaşlıq edərək layihənin müvəffəqiyyətini təmin etmək.
  • Layihədəki dəyişiklikləri izləmək, müvafiq sənədləşməni aparmaq və sifarişçiyə məlumat vermək.

 

Uyğun namizədlərdən CV-lərini “Smeta mühəndisi (Region)” başlığı ilə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: