logo

Sistem təhlükəsizlik arxitekturası üzrə aparıcı mütəxəssis / baş mütəxəssis

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 10475
  • Elanın yerləşdirmə tarixi: 14.02.2025
  • Elanın bitmə tarixi: 16.03.2025

Namizədə tələblər

  • Ali təhsilə; 
  • PAM, DLP həlləri ilə bağlı iş təcrübəsinə;
  • Email Security Gateway həlləri ilə iş təcrübəsinə;
  • MFA həlləri ilə işləmə bacarığına;
  • MDM həlləri ilə bağlı iş təcrübəsinə;
  • XDR məhsulları ilə işləmə bacarığına;
  • Azərbaycan dili, ingilis dili (texniki) biliklərinə
  • Komandada işləmək bacarığına sahib olan şəxsdir.
İş haqqında məlumat

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 

 “ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
  • rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • yüksək komanda ruhunda əməkdaşlıq;
  • karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

 

Görəcəyiniz işlər:

  • Email Security Gateway idarəetməsini həyata keçirmək;
  • Səlahiyyətli istifadəçilərin qoşulmalarının PAM üzərindən tətbiqini həyata keçirmək;
  • DLP sazlamalarını həyata keçirmək;
  • İnformasiya Təhlükəsizliyinin prinsiplərinin ən yaxşı təcrübələr toplusu əsasında bankda tətbiqinə çalışmaq;
  • XDR məhsullarını sazlamaq , policy və konfiqurasiyaları etmək;
  • MDM aləti vasitəsilə son istifadəçilərin bağlantılarını nəzarətdə saxlamaq.

 

Əgər axtardığımız namizəd sizsinizsə linkə daxil olaraq qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

 

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: