
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Sığorta: Bəli olunur
- Elan ID: 10601
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 18.02.2025
- Elanın bitmə tarixi: 20.03.2025
Namizədə tələblər
- Ali Tibb təhsili;
- Tibbi və sığorta sahəsində ən azı 1 il təcrübə;
- Heyətin idarə edilməsi üzrə ən azı 1 il təcrübə;
- İş və proseslərin təşkili təcrübəsi/bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı (ingilis dili arzu olunandır);
- MS Office proqramlarını yaxşı bilmək;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı;
- Təlim keçmə bacarığı.
İş haqqında məlumat
- Şikayətlərin ilkin qəbulu, baxılması, şikayətlərə dərhal cavab verilməsini təmin etmək;
- Şikayətlər jurnalının aparılması, şikayətlər üzrə aylıq hesabatı təqdim etmək (hər ayın 10-dan gec olmayaraq);
- Çağrı Mərkəzinin işinin keyfiyyətində və problemli vəziyyətlərin təhlilində uyğunsuzluqların aşkar edilməsi üçün telefon danışıqlarını dinləmək;
- Çağrı Mərkəzi təcrübəçilərilərinə təlimlər vermək;
- Problem və şikayətləri müəyyən etmək üçün müraciət edən sığorta olunanla əlaqə yaratmaq;
- Mürəkkəb/mübahisəli məsələlərin tibbi ekspertizasında yardım etmək;
- Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələləri həll etmək;
- Razılaşdırılmış xidmətlərin qiymətlərində prays üzrə uyğunsuzluqları, diaqnoza uyğun olmayan təyinatların verilməsi, sığorta planına daxil olmayan prosedurların aparılması, eyni zamanda müalicə protokollarından kənara çıxan xidmətlər araşdırılması məqsədi ilə vətəndaşlar və/ yaxud tibbi personal ilə görüşlər keçirmək;
- Klinikaların sığorta şöbələri və həkimlərlə bir başa əlaqə saxlamaq;
- Tövsiyə olunan həkimlər/xidmətlər cədvəlindəki təlimatlara uyğun olaraq klinika seçimində köməklik göstərmək;
- Klinikalardan gələn tibbi xidmətlər üzrə aylıq hesabatların qəbulu və klinikalara səfərlər etmək;
- Sığorta olunanlara Sığorta Planı üzrə məsləhətlər vermək, lazımi sənədlərin təmin edilməsi və alınmasına köməklik, müştərilərin hüquq və vəzifələrinin aydınlaşdırılmasında dəstək olmaq;
- Müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Çağrı Mərkəzinin mütəxəssisləri üçün keçirilən görüşlərdə və təlimlərdə iştirak etmək.
İş şəraiti:
- İş rejimi: 5 günlük;
- Tibbi sığorta qarşılanır.
CV-ni email ünvanına göndərə bilərsiniz.