S
- Kateqoriya: Xidmət
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Elan ID: 14384
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 23.07.2025
- Elanın bitmə tarixi: 22.08.2025
Namizədə tələblər
- B kateqoriyalı avtomobili idarə etmək hüququ verən sənəd (vəsiqə).
- Şəxsi sürücü kimi ən azı 3 il iş təcrübəsi;
- Ziyanlı vərdişləri (siqaret, alkoloq və s.) olmamalı!;
- Waze proqramında işləmək bacarığı;
- Yol hərəkəti qaydaları və avtomobillərin texniki istismarı qaydaları haqqında biliklər;
- Diqqətlilik, dəqiqlik, strsessə davamlılıq, təmizkarlıq, məsuliyyət, təşəbbüskarlıq, davamlılıq, mehriban və peşəkar davranış;
- Diplomatiklik, məxfi məsələlərdə ehtiyatlılıq və təmkinlilik nümayiş etdirmək;
- Bakının mərkəzinə yaxın ərazilərdə yaşayanlara üstünlük verilir.
İş haqqında məlumat
- Yol hərəkəti qaydalarına riayət etmək;
- Rəhbər şəxsin bütün göstərişlərini ciddi şəkildə yerinə yetirmək, avtomobilin vaxtında çatdırılmasını təmin etmək;
- Ailə sürücüsünü əvəz etdiyi günlərdə uşaqları məktəbə, bağçaya aparıb-gətirmək, ailə üzvlərini tələb olunan digər ünvanlara aparıb-gətirmək;
- Ailə üçün lazımı mal və məhsulların alınmasını həyata keçirmək;
- Sərnişinlərin həyat və sağlamlığının təhlükəsizliyini, yükün təhlükəsizliyini və avtomobilin texniki cəhətdən sağlam vəziyyətini maksimum dərəcədə təmin etməklə, avtomobilin düzgün, peşəkar, rəvan idarə olunmasını (kəskin əyləclər, manevrlər, siqnallar və s. olmadan) təmin etmək;
- Avtomobili texniki saz vəziyyətdə saxlamaq, vaxtında servis mərkəzində texnoloji təchizatını təmin etmək və texniki baxışdan keçirmək;
- Mexanizmlərin sökülməsini tələb etməyən istismar zamanı yaranan xırda nasazlıqları aradan qaldırmaq;
- Avtomobilin təmiri ilə əlaqədar şübhəli suallar yaranan zaman işəgötürən ilə həmin məsələləri müzakirə etmək;
- Avtomobili təmiz vəziyyətdə saxlamaq (içəridən və çöl tərəfdən). Səfər başa çatdıqdan sonra zibili və natamam (içilməyən) suyu tullamaq, yuyulma zamanı avtomobili nəzarətsiz qoymamaq, maşını yuyanların işinə nəzarət etmək;
- Nəqliyyat sənədlərini müəyyən olunmuş qaydada hazırlamaq;
- Rəhbərliyin göstərişinə əsasən, optimal hərəkət marşrutlarını seçmək, marşrutdan yayınma hallarına yol verməmək, hər zaman təyinat ünvanı məlum olan halda belə, səfər üçün naviqatordan (waze) istifadə etmək;
- Xidməti avtomobildən şəxsi məqsədlər üçün istifadəyə yol verməmək;
- Rəhbərliyin razılığı olmadan xidməti avtomobilin idarə olunmasına və təmirinə yol verməmək;
- İş vaxtı bitdikdən sonra xidməti avtomobilin texniki təchizatını, parklanmasını və mühafizəyə təhvil verilməsini təmin etmək;
- Lazım gələrsə, ofisin ehtiyacları üçün mal və məhsulların alınmasını həyata keçirmək;
- İstehsal zərurəti yaranarsa, şirkətin rəhbərliyi ilə vaxtında razılaşmaqla, başqa işləri yerinə yetirmək.
Əmək şəraiti:
- Müsahibə nəticələrinə əsasən əmək haqqı;
- Avtonəqliyyat və yanacaq Şirkət tərəfindən təşkil edilir.
Müsahibə bütün qəbul edilmiş CV-lərə baxıldıqdan sonra keçiriləcək.
CV-nizi məktubun mövzu hissəsində “Şəxsi sürücüsü” vəzifəsi və gözlənilən əmək haqqını göstərməklə fotoşəkil ilə birlikdə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiyalar
Green City Resort & Residence
Restoran Meneceri
Maaş: Müsahibə əsasında
19.05.2026
Bakı
227
Holiday Inn Baku
Front office night supervisor
Maaş: Müsahibə əsasında
12.06.2026
Bakı
37
Zakher Travel
Təyyarə Biletləri üzrə aviakassir
Maaş: Müsahibə əsasında
28.05.2026
Bakı
271
Ganjali Plaza Hotel
Night Manager
Maaş: 1000 - 1200 AZN
24.05.2026
Bakı
207
Prime Cotton
Fəhlə
Maaş: Müsahibə əsasında
11.06.2026
Bakı
54
AGA Group
Növbətçi (AGA Business Center)
Maaş: 450 AZN
18.05.2026
Bakı
222