logo

SƏTƏM bölməsi üzrə menecer

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Sumqayıt
  • Ünvan: H.Z.Tağıyev qəsəbəsi
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Sığorta: Bəli olunur
  • Elan ID: 8989
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 23.12.2024
  • Elanın bitmə tarixi: 22.01.2025
Namizədə tələblər
  • Ali təhsilli olmalı;
  • Sahə üzrə minimum 3-5 il iş təcrübəsinə malik olmalı;
  • Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilməli;
  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib olmalı;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
  • Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • İxtisas üzrə diplom və ya sertifikatlara (İSO 14001:2015, İSO 45001:2018) sahib olmalı;
  • SƏTƏM qaydalarının tətbiqi baxımından qətiyyətlilik, məsuliyyət, ünsiyyətçilik və insanlarla rahat münasibət qurma bacarığı olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • İşində dəqiq və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
İş haqqında məlumat

“STP Global Cable” MMC, SƏTƏM bölməsi üzrə menecer vakansiyası elan edir.

“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel, Elektrik Avadanlıqları və Qaynar Sinkləmə zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

 

Hansı işləri görəcəksiniz:

  • İşçi  heyətin SƏTƏM bölməsinə aid olan qaydaların, təlimatların , göstərişlərin , proses və prosedurların tələblərinə əməl etmələrinə mütəmadi nəzarət etmək.
  • “STP GLOBAL CABLE” MMC-də sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün rəhbərliyə təkliflər vermək.
  • “STP GLOBAL CABLE” MMC üzrə travmatizm və peşə xəstəliklərinin vəziyyətinin, səbəblərini araşdırıb , onların qarşısının alınması üçün tədbirlər hazırlayıb və onun tətdiqini təşkil etmək.
  • İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən işçilərin həvəsləndirilməsi, eləcə də  ayrı-ayrı struktur bölmələrdə əməyin mühafizəsi üzrə  qaydaların, təlimatların, göstərişlərin , proses və prosedurların  tələblərini pozan , “STP GLOBAL CABLE” MMC -nin əmr  və göstərişlərini yerinə yetirməyən rəhbər və digər işçilərin cazalandırılması haqqında rəhbərliyə təkliflər vermək.
  •  “STP GLOBAL CABLE” MMC-də baş vermiş bədbəxt hadisələrin təhqiqat aktında göstərilən tədbirlərin yerinə yetirilməsinə nəzarət  etmək.
  • İşə yeni qəbul edilmiş işçilərə giriş təlimatı keçirilməsi prosesinə nəzarət etmək.
  • “STP GLOBAL CABLE” MMC-də işçilərin ixtisas üzrə biliklərini  yoxlayan komissiyanın işində iştirak etmək.
  • İşçilərin vaxtı-vaxtında tibbi müayinədən keçmələrinə ümumi nəzarət etmək.
  • “STP GLOBAL CABLE” MMC-də baş vermiş bütün bədbəxt hadisələrin təhqiqatında iştirak edib, hesabatını aparmaq.
  • Qoyulmuş normalara uyğun olaraq işçilərin keyfiyyətli xüsusi geyimlər , fərdi mühafizə vasitələri ilə təmin olunmalarını nəzarətdə saxlamaq.
  • İş yerində işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmasına , onların təlimatlandırılmasına və biliklərin yoxlanmalarına nəzarət etmək.
  • Əmək mühafizəsi üzrə məlumat kitabların, kotaloqlarının, dərsliklərin, nümunəvi təlimatların və digər məlumat-təbliğat və tədris materiallarının nəşrini və bölmələrə paylanmasını təşkil etmək.
  • İşçilərin həyatını və sağlamlığını təhlükə qarşısında qoyan və ya qəza təhlükəsi törədən avadanlıqların istismarını qadağan etmək.
  • Ətraf mühitinin mühafizəsi sahəsində mövcud olan qanunlara , qaydalara riayət edilməsinə , ekoloji sənədləşmələrini müəyyən edilmiş qaydada yerinə yetirilməsinə daim nəzarət edir.
  • Ətraf mühitinin mühafizəsi sahəsində tədbirlər planı hazırlayır və bu  tədbirlərin yerinə yetirilməsinə nəzarət edir.
  • Zavod və sexlərdə dövrü olaraq müəssisə daxili ekoloji monitorinq keçirir və bu çatışmamazlıqların aradan qaldırılması üçün təkliflər verir.
  • Atmosferə zərərli maddələrin atılmasına, yerüstü su mənbələrinə axıntı  suların axıdılmasına və texnoloji proseslərdə, axıntı suların təmizlənməsi zamanı əmələ qələn bərk tullantıların , eyni zamanda qaz-toz-tutucu qurğuların dövri olaraq deyişdirilən filtirlərin poliqonlarda yerləşdirilməsini normativ lahiyə sənədlərini və müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilməsinə nəzarət edir.
  • Təmizləyici qurğuların birinci qeydiyyat dəftərində gündəlik qeydiyyatların aparılmasına nəzarət edir.
  • Təmizləyici qurğuların analitik yolla dövri olaraq təmizləmə effektivliyini yoxlanılması təşkil edir.
  • Birinci qeydiyyat dəftərinə , normativ lahiyə sənədlərinə və qanunvericiliyə əsasən TG-2 (hava), TG-2 (su) , TG-2( tullantı) statistik hesabatların müəyyən edilmiş qaydada hazırlayaraq müvafiq dövlət idarələrinə təqdim edir.
  • “STP GLOBAL CABLE” MMC-ni konfrasnlarda , seminarlarda təmsil edir.

 

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisələrindən birində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
  • Karyera inkişafı.

 

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏM üzrə Menecer” yazaraq 23.01.2025-ci il tarixinədək qeyd edilmiş elektron poçt ünvanına göndərilməsi xahiş olunur. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: