- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: 500 - 700 AZN
- İş rejimi: Tam-ştat
- Elan ID: 9356
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 10.01.2025
- Elanın bitmə tarixi: 09.02.2025
Namizədə tələblər
- Biznesin idarə olunması, Təhcizat zəncirinin idarə olunması və ya uyğun sahədə bakalavr təhsili (yeni universitet məzunları müraciət edə bilər);
- Satınalma və sənədləşmə sahəsində iş təcrübəsinin olması arzuolunandır;
- Microsoft Office (Word, Excel, PowerPoint) və sənəd idarəetmə sistemlərində işləmə təcrübəsi;
- Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq, İngilis dili arzuolunandır.
İş haqqında məlumat
- Tibbi vasitələrin qeydiyyatı ilə bağlı sənədləşmələrin aparılması (Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə qeydiyyat sənədlərinin aparılması və təqdim edilməsi);
- İdxal məktublarının alınması ilə bağlı sənədləşmələr (Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sənədlərin təqdim olunması, məktub hazır olduqda ödəniş edilib sənədlərin təhvil alınması;
- Tender sənədlərinin hazırlanması zamanı bəzi dövlət qurumlarına (məsələn Ədliyyə Nazirliyi, Əmək Müfəttişliyi , banklar və s.) müraciətləri fiziki şəkildə çatdırmaq, sənədlər hazır olduqda onları təhvil almaq;
- Tenderlərin icrası zamanı malların təhvil verilməsi və təhvil-təslim aktlarının imzaladılması;
- Satınalma şöbəsinin işi ilə bağlı qurumlara və həmin qurumlardan geriyə sənədlərin aparılmasını təmin etmək, bununla bağlı taksi, kuryer sifarişlərinin verilməsi və s.
Əmək Şəraiti:
- 5 günlük iş həftəsi (09:00-dan 18:00-dək);
- Əmək haqq: 500-700 Azn;
- Rahat iş mühiti və peşəkar inkişaf imkanları.
Maraqlanan şəxslər öz CV formalarını email ünvanına məktubun mövzu hissəsində “Sənədləşmələr üzrə köməkçi” yazaraq göndərə bilərlər.