logo

Sənədlərə nəzarət üzrə mütəxəssis

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • Yaş: 25 - 45
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15996
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 29.12.2025
  • Elanın bitmə tarixi: 28.01.2026

Namizədə tələblər

  • Ali təhsil;
  • Qeyd olunan sahədə azı 1-3 il iş təcrübəsi;
  • Azərbaycan dili əla, İngilis dili səlist bilməli;
  • Yaş həddi: 25-45;
  • MS office proqramlarından yüksək səviyyədə istifadə bacarığı.
İş haqqında məlumat
  • KT/KN sənədlərinin müəyyən edilmiş prosedurlara uyğun olaraq yoxlanılması, nömrələnib sistemə yüklənməsi;
  • Müəssisədə sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
  • Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə və nəzarət olunması;
  • Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
  • Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatının və nəzarətinin təşkil edilməsi;
  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.

 

İş şəraiti: 

  • Azərbaycan Respublikası ƏM uyğun işə qəbul;
  • Həftədə 2 gün istirahət.

 

Əmək Haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişəcək.

 

Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Sənədlərə nəzarət üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: