- Kateqoriya: Informasiya texnologiyaları
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 16220
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 23.01.2026
- Elanın bitmə tarixi: 22.02.2026
Namizədə tələblər
Təhsil:
- Kompüter elmləri və ya digər əlaqəli sahədə bakalavr təhsili, yaxud buna bərabər tutulan istənilən digər iş təcrübəsi.
Tələb olunan bilik , bacarıqlar və təcrübə:
- Proqram təminatı ilə bağlı problemlərin təhlili, o cümlədən sazlama və performansın optimallaşdırılmasında güclü bacarıqlar.
- Bağlantı və performans problemlərini diaqnostika etmək üçün şəbəkə protokollarına dair dərin biliklər və şəbəkə yığınını təhlil etmək bacarığı.
- Tapşırıqların avtomatlaşdırılması və iş proseslərinin optimallaşdırılması məqsədilə müxtəlif Bash skriptlərinin hazırlanması bacarığı.
- Yeni tələblərin qarşılanması və səmərəliliyin artırılması üçün mövcud skriptlərin yenidən qurulması və təkmilləşdirilməsi sahəsində təcrübə.
- Proseslər və sistem zəngləri üzrə biliklər də daxil olmaqla, proqram təminatının əməliyyat sistemi daxilində necə işlədiyini dərindən bilməlidir.
- Yığım sistemləri və versiya nəzarəti alətləri ilə tanışlıq da daxil olmaqla, proqram təminatının hazırlanması və yığılması proseslərinə dair əsas biliklərə malik olmalıdır.
- Kubernetes arxitekturası, o cümlədən qovşaqlar, podlar, yerləşdirmələr, və servislər haqda biliklər.
- Nəzarət müstəvisi komponentləri (API server, etcd, nəzarətçi menecer, planlaşdırıcı) və hesablama qovşağı komponentləri (kubelet, kube-proxy) haqqında biliklər.
- Linux mühitində iş təcrübəsi (tərtibatçılıq və/və yaxud inzibatçılıq).
- KVM (Libvirt) kimi virtuallaşdırma texnologiyaları haqda biliklər.
- Komandada sıx əməkdaşlıq şəraitində işləmək və həmkarları ilə effektiv kommunikasiya qurmaq bacarığı:
- Aşağıdakı dillərdən birində müəkəmməl proqramlaşdırma bacarığı:
- Golang (tərcih olunandır)
- Python
- Azərbaycan, Rus və İngilis dilində səlis danışıq
Arzuolunandır:
- Versiyalara nəzarət sistemləri ilə iş təcrübəsi (məsələn, Git).
- Konteynerləşdirmə texnologiyalarına dair biliklər (məsələn, Docker).
- Bulud xidmətləri haqqında təməl biliklər (məsələn, AWS, GCP, Azure) üstünlükdür.
İş haqqında məlumat
- Proqram təminatı ilə bağlı problemlərin təhlil edilməsi, təməl səbəblərin müəyyənləşdirilməsi və müvafiq həllərin tətbiq olunaraq aradan qaldırılması.
- Proqram təminatının performansına təsir edən şəbəkə yığını ilə bağlı problemlərin diaqnostikası və aradan qaldırılması.
- Sistem əməliyyatlarının idarə olunması və səmərəliliyinin artırılması məqsədilə tapşırıqların avtomatlaşdırılması üçün mürəkkəb Bash skriptlərinin hazırlanması.
- Layihə tələblərinə uyğun olaraq mövcud Bash skriptlərinin dəstəklənməsi, yenilənməsi və təkmilləşdirilməsi.
- Proqram təminatının əməliyyat sistemi üzərində fəaliyyəti, o cümlədən proseslərin idarə olunması və sistem resurslarının bölüşdürülməsi sahəsində bilik sahibi olması.
- Proqram təminatının tərtibatı və yığılması prosesində iştirak, tətbiqlərin düzgün və etibarlı şəkildə yığılmasının təmin edilməsi.
- Proqram təminatına yeni funksionallıqlar və təkmilləşdirmələr əlavə etmək məqsədilə komanda üzvləri ilə effektiv əməkdaşlığın təmin edilməsi.
- Docker konteynerləri və Kubernetes klasterlərində tətbiqlərin layihələndirilməsi, yerləşdirilməsi və idarə olunması üzrə aidiyyəti komanda ilə əməkdaşlığın təmin edilməsi.
- Tərtibat və yerləşdirmə proseslərinin optimallaşdırılması üçün CI/CD proseslərinə dəstək göstərilməsi.
- Kubernetes mühitində tətbiqlərin performans və etibarlılığının monitorinqi və onların aktual vəziyyətdə saxlanmasına dair dəstək verilməsi.
- Konteyner texnologiyaları və uzlaşdırma (orchestration) sahəsində yeni texnologiyalar və qabaqcıl təcrübələr barədə daim məlumatlı olması.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiyalar
GPS Solutions
Video nəzarət sistemləri üzrə aparıcı mühəndis
Maaş: Müsahibə əsasında
03.03.2026
Bakı
38
Edu Company
Menecer (Bakı daxili filiallar)
Maaş: Müsahibə əsasında
02.03.2026
Bakı
54
Baku Bus
Kiçik Şəbəkə administratoru
Maaş: Müsahibə əsasında
25.02.2026
Bakı
66
Unimac
Komputer Operatoru
Maaş: Müsahibə əsasında
24.02.2026
Xırdalan
113
AEM Elektron
Специалист по электронике
Maaş: Müsahibə əsasında
16.02.2026
Bakı
84
Mpay MMC
Proqram təminatı təhlükəsizliyi üzrə mütəxəssis (AppSec Specialist)
Maaş: Müsahibə əsasında
13.02.2026
Bakı
94