- Kateqoriya: Satış
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Elan ID: 17008
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 08.06.2026
- Elanın bitmə tarixi: 08.07.2026
Namizədə tələblər
Mütləq:
- Minimum 4-5 il pərakəndə satış idarəçiliyi təcrübəsi (multi-store/multi-branch mühitdə)
- Kommersiya analitikası təcrübəsi - marja, markup, gəlirlilik analizi, pricing strategiyası
- Kateqoriya management təcrübəsi və ya güclü anlayışı
- Merçendayzinq prinsiplərini bilmək və tətbiq etmək bacarığı
- Satış targetləri qoymaq, KPI sistemi qurmaq və performans idarəetmə təcrübəsi
- Supply chain / təchizat prosesləri haqqında bilik
- Komanda idarəçiliyi təcrübəsi (minimum 10+ nəfərlik komanda)
- Data-driven düşüncə (Excel/Google Sheets-də güclü analitik bacarıqlar)
Üstünlük:
- Pet industry, FMCG və ya specialty retail sektorunda təcrübə
- E-commerce satış kanalı ilə tanışlıq
- 1C, ERP və ya POS sistemləri ilə iş təcrübəsi
- İngilis və Rus dililərindən birini peşəkar bilmək
İş haqqında məlumat
Rol Haqqında
- Biopet Shop Azərbaycanda fəaliyyət göstərən, ev heyvanları üçün məhsul satışı bazarında sürətlə böyüyən pərakəndə və e-commerce şirkətidir.
- Satış və əməliyyatlar üzrə rəhbər rolu şirkətin bütün satış əməliyyatlarına, kommersiya performansına, kateqoriya idarəçiliyinə və operativ proseslərə (çatdırılma, anbar, təchizat, audit) cavabdeh olacaq. Axtardığımız namizəd pərakəndə satış sistemlərini dərindən bilən, kommersiya göstəricilərini (gəlirlilik, marja, markup və s.) analiz edə bilən və öz komandasını nəticəyə yönəldə bilən güclü liderdir.
Əsas Öhdəliklər
- 10+ filialın satış əməliyyatlarına rəhbərlik, satış hədəflərinin filiallar üzrə bölüşdürülməsi və icrasına nəzarət
- Filial, brend, kateqoriya və məhsul səviyyəsində gəlirlilik analizi, marja və qiymət strategiyasının idarə edilməsi
- Kateqoriya strategiyasının formalaşdırılması - çeşid qərarları, stok dönmə, yeni kateqoriya əlavələri
- Aylıq kommersiya hesabatları (revenue, gross margin, basket size, conversion, like-for-like) və rəqib analizinin aparılması
- Performans qiymətləndirmə, KPI və bonus sisteminin idarə edilməsi
- Satış proseslərinin standartlaşdırılması - müştəri xidməti protokolları, upsell/cross-sell, müştəri xidmətləri komandasının nəzarəti
- Filiallarda merçendayzinq standartlarının, planoqramların və audit prosesinin idarə edilməsi
- Yeni filial açılışları və mövsümi kampaniyalar üçün merçendayzinq planlaması
- Çatdırılma, anbar və təchizat komandalarının koordinasiyası
- Stok dəqiqliyi, çatdırılma performansı və əməliyyat xərclərinin optimallaşdırılması
- Yeni filial açılış proseslərinin koordinasiyası
Biz Nə Təklif Edirik
- Şirkətin bütün satış və əməliyyat istiqamətlərinə rəhbərlik etmək imkanı
- Sürətlə böyüyən şirkətdə karyera inkişafı perspektivi
- Rəqabətqabiliyyətli əməkhaqqı
- Dinamik, çevik və nəticəyə fokuslanmış iş mühiti
- Korporativ nömrə və danışıq balansı
Uyğun namizədlərin CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Satış və əməliyyat üzrə rəhbər” başlığı ilə göndərmələri tələb edilir. Vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılıb növbəti mərhələ haqqında məlumat veriləcəkdir.
Oxşar vakansiyalar
Prior Leasing
Pərakəndə Lizinq Nümayəndəsi (Satış nümayəndəsi) - Qusar filialı
Maaş: Müsahibə əsasında
22.07.2026
Qusar
60
Miniso Co LLC
Satış Təmsilçisi
Maaş: Müsahibə əsasında
20.07.2026
Bakı
105
F
Frazex
Специалист по продажам
Maaş: 1000 - 1500 AZN
06.07.2026
Bakı
209
C
Columba
Sürücü-ekspeditor
Maaş: Müsahibə əsasında
06.07.2026
Bakı
213
Diamed Co.
Satış təmsilçisi
Maaş: Müsahibə əsasında
03.07.2026
Bakı
280
Blue Planet Distribution
Satıcı-məsləhətçi (Go Sport)
Maaş: Müsahibə əsasında
01.07.2026
Bakı
280