- Kateqoriya: Satış
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: 600 - 800 AZN
- Təhsil: Bakalavr
- Yaş: 20 - 40
- İş rejimi: Tam-ştat
- Elan ID: 10084
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 03.02.2025
- Elanın bitmə tarixi: 05.03.2025
Namizədə tələblər
- Təhsil sahəsində satış və marketinq təcrübəsi üstünlükdür;
- Yüksək ünsiyyət və inandırma bacarıqları;
- Rəqəmsal marketinq bilikləri və satış analitikası üzrə təcrübə;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Komanda idarəetmə təcrübəsi;
- Müştəri məmnuniyyətini qoruma və inkişaf etdirmə bacarığı;
- Satış hədəflərinə nail olmaq üçün strateji planlaşdırma qabiliyyəti;
- Rus və İngilis dilində bilməsi üstünlükdür;
- Gələn müraciətlərin minumum 40 faizini satışa çevirmək;
- Yaş həddi: 20-40.
İş haqqında məlumat
Satış Strategiyasının Qurulması və İdarə Edilməsi
- Təhsil mərkəzinin satış planlarının və strategiyalarının hazırlanması;
- Satış komandasının fəaliyyətinin idarə edilməsi və koordinasiyası;
- Rəqiblərin bazardakı fəaliyyətini araşdıraraq uyğun strategiyalar hazırlanması;
- Yeni satış texnikalarının araşdırılması və tətbiqi;
- Satış və marketinq fəaliyyətlərinin uyğunlaşdırılması.
Müştəri Cəlb Etmə və Münasibətlərin Qurulması
- Potensial tələbə və valideynlərin cəlb edilməsi;
- Mövcud müştəri bazasının idarə edilməsi və münasibətlərin qorunması;
- Daxil olan müraciətlərin (Mobil nömrə və Sosial media platformaları üzərindən) operativ və peşəkar şəkildə cavablandırılması;
- Müştərilərlə sosial şəbəkələr, zəng və üz-üzə görüşlərin təşkili və kurs məhsul satışının həyata keçrilməsi;
- Satışın həyata keçirilməsi və proses yekunlaşana qədər izlənilməsini təmin etmək;
- Korporativ əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi;
- Tələbə məmnuniyyətinin artırılması üçün strategiyaların hazırlanması.
Reklam və Marketinq Fəaliyyətlərinin İdarə Edilməsi
- Satış kampaniyalarının hazırlanması və icrası;
- Rəqəmsal marketinq (sosial media, Google reklamları) vasitəsilə tələbə cəlb edilməsi;
- Seminarlar, açıq dərslər və informasiya sessiyalarının təşkili;
- Kütləvi informasiya vasitələri ilə iş birliyinin qurulması və PR strategiyalarının tətbiqi.
Satış Hədəflərinin Müəyyən Edilməsi və Analiz
- Satış proqnozlarının təyin edilməsi;
- Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Görülən işlərin effektivliyinin mütəmadi olaraq analiz edilməsi;
- Satış prosesindən əldə edilən rəqəmsal məlumatların idarə edilməsi və analiz edilməsi.
Komandanın Formalaşdırılması və İdarə Edilməsi
- Satış komandasının fəaliyyətinin idarə edilməsi və motivasiya edilməsi;
- Yeni işçilərin işə qəbulu və satış bacarıqlarının inkişaf etdirilməsi;
- Satış komandasının təlim və inkişaf proqramlarının həyata keçirilməsi;
- Satış nümayəndələrinin performans qiymətləndirilməsinin aparılması.
Bazar Araşdırması və Təhlil:
- Təhsil bazarını izləmək;
- Müştərilərin tələbləri və rəqabət mühiti haqqında məlumat toplamaq.
İş haqqında:
Əmək haqqı və Bonus Sistemi
- ARƏM uyğun işə qəbul;
- Nahar şirkət tərəfindən təmin olunur.
Əmək haqqı: Sabit 600-800 AZN + satışdan bonuslar.
- B2C satışlar: 5% komissiya
- B2B satışlar: 10% komissiya
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satış üzrə baş mütəxəssis” başlığı ilə Müraciət Et butonunda yerləşən elektron poçtuna göndərə bilərlər.