logo

Satış təmsilçisi

  • Kateqoriya: Satış
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Texniki təhsil
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 16971
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 25.05.2026
  • Elanın bitmə tarixi: 24.06.2026

Namizədə tələblər

  • Təhsili: Orta texniki və ya ali təhsil
  • İş təcrübəsi: minimum 1-2 il 
  • Dil bilikləri: Azərbaycan dili sərbəst; Rus və İngilis dilləri arzuolunandır
  • Kompyuter bilikləri: MS Office (Excel, Word), 1C proqramında iş təcrübəsi
  • Əlavə: Satış və müştəri xidməti üzrə təlimlərdə iştirak, məhsul portfeli üzrə ilkin biliklər, təqdimat və aktiv ünsiyyət bacarığı, (elektrik məhsullarının satışı üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir)
İş haqqında məlumat

Şöbə/Bölmə: Pərakəndə Satış 

Hesabat verdiyi şəxs: Bölmə rəhbəri / Mağaza müdiri

 

Təklif:

  • Ofis: Dərnəgül, Ziya Bünyadov pr 2071
  • Tələbin olduğu mağazalarımız: 13 Hüseyn Cavid Prospekti, Bakı (Elmlər Santral); Mərdəkan, 156, Bakı, Xəzər, AZ1076 (Mərdəkan Santral)
  • İş qrafiki: 5 günlük rəsmi iş qrafiki
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı: 700 azn + bonus

 

Vəzifə öhdəlikləri:

Müştəri və satış fəaliyyəti

  • Müştəriləri qarşılamaq, məhsul və xidmətlər barədə ətraflı məlumat təqdim etmək
  • Müştəri ehtiyaclarını təhlil etmək və uyğun məhsul həlləri təklif etmək
  • İlkin və təkrarlanan satışları təşviq etmək və müştəri məmnuniyyətini təmin etmək
  • Məhsul təqdimatı zamanı diqqəti cəlb edən üsullardan istifadə etməklə satışları artırmaq
  • Müştəri şikayətlərini operativ və düzgün formada həll etmək

 

Satış planı və hesabatlar

  • Aylıq satış planlarını və hədəflərini yerinə yetirmək üçün aktiv satış fəaliyyəti aparmaq
  • Həftəlik və aylıq satış nəticələri barədə rəhbərliyə hesabat təqdim etmək
  • Müşahidə edilən problemlər barədə rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək

 

İş prosesləri və prosedurlar

  • Mağazada məhsulların yerləşdirilməsi, vizual qaydalar və prosedurlara uyğunluğa riayət etmək
  • Satış sonrası dəstək göstərmək (məhsul qaytarılması və ya dəyişdirilməsinin izlənməsi)
  • Stokda mövcud olmayan məhsullar üzrə alternativ təkliflər hazırlamaq
  • Vəzifəyə aid bilikləri artırmaq və təlimlərdə iştirak etmək
  • Şirkətin dress-code və nizam-intizam qaydalarına riayət etmək

 

Səriştə və Bacarıqlar

  • Ünsiyyət bacarığı: müştəri ilə səmərəli və aydın ünsiyyət qurmaq bacarığı
  • Müştəri yönümlülük: müştəri ehtiyaclarını düzgün müəyyən edərək məmnuniyyəti təmin etmək
  • Məhsul və satış bilikləri: məhsul xüsusiyyətlərini təqdim etmək və satış texnikalarından istifadə etmək
  • Komanda ilə işləmək: kollektivdə əməkdaşlığı təmin etmək və ümumi hədəflərə fokuslanmaq
  • Stressə davamlılıq: yüksək iş tempində və gərgin situasiyalarda çalışmaq bacarığı

 

CV-lərinizi  “Satış təmsilçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: