logo

Satış sənədləri və əməliyyatları üzrə mühasib-operator

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • Ünvan: Abşeron rayonu, Qobu qəsəbəsi
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: 525 AZN
  • Təhsil: Orta təhsil
  • Yaş: 21 - 25
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 14694
  • E-poçt: hr@caspiancable.com
  • Elanın yerləşdirmə tarixi: 03.09.2025
  • Elanın bitmə tarixi: 03.10.2025

Namizədə tələblər

  • Yaş: 21-25
  • Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili
  • Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür.
  • Microsoft Office proqramlarında işləmə bacarığı.
  • ERP və digər mühasibat proqramlarında işləmək bacarığı
  • Analitik düşüncə və detallara diqqət.
  • Məsuliyyətlilik və operativlik.
  • Komandada işləmə və effektiv ünsiyyət qurma bacarığı.
  • Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı.
İş haqqında məlumat
  • Müştərilərə təqdim olunan mallar və xidmətlər üzrə hesab-fakturaların və qaimə-fakturaların tərtib edilməsi.
  • Elektron qaimələrin (e-qaimə) düzgün və vaxtında sistemə daxil edilməsi və göndərilməsi.
  • Satış müqavilələrinin və digər əlaqəli sənədlərin hazırlanması və arxivləşdirilməsi.
  • Satış əməliyyatlarının 1C, ERP və ya digər mühasibat proqramlarında qeydiyyatı və izlənməsi.
  • Nağd və qeyri-nağd satışların dəqiq uçotu və sənədləşdirilməsi.
  • Gündəlik satış əməliyyatlarının yoxlanılması və uyğunluğunun təmin edilməsi.
  • Müştəri borclarının və ödənişlərinin gündəlik izlənməsi, ödəmə sənədlərinin yoxlanılması.
  • Müştəri ilə üzləşmə aktlarının hazırlanması və razılaşdırılması.
  • Gecikmiş ödənişlər üzrə xəbərdarlıqların və hesabatların hazırlanması.
  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Satış göstəricilərinin təhlili və trendlərin müəyyən edilməsi.
  • Satış komandası ilə sıx əməkdaşlıq edərək sifarişlərin və satış proseslərinin uyğun şəkildə aparılmasına dəstək verilməsi.
  • Anbar və logistika şöbələri ilə koordinasiya edərək məhsul hərəkətlərinin düzgün qeydiyyatını təmin etmək.
  • Müştəri xidmətləri və digər əlaqəli şöbələrlə əməkdaşlıq edərək müştəri məmnuniyyətini artırmaq.
  • Satışla bağlı bütün sənədlərin düzgün arxivləşdirilməsi və istənilən vaxt əldə olunacaq vəziyyətdə saxlanılması.
  • Saışa aid elektron və fiziki sənədlərin təhlükəsizliyinin təmin edilməsi.
  • Birbaşa rəhbəri tərəfindən verilən sahə üzrə digər tapşırıqların yerinə yetirilməsi.

 

İş şərtləri: 

  • 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
  • Əmək haqqı: 525 AZN.
  • İş yeri: Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşir. Seçim zamanı əsasən bu ərazidə yaşayanlara üstünlük verilir.
  • Nahar və Servis Şirkət tərəfindən təmin olunur

 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Satış sənədləri və əməliyyatları üzrə mühasib-operator” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: