logo

Satış mütəxəssisi / Aparıcı satış mütəxəssisi

  • Kateqoriya: Satış
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 16829
  • Elanın yerləşdirmə tarixi: 25.04.2026
  • Elanın bitmə tarixi: 25.05.2026

Namizədə tələblər

  • Ali təhsil (İqtisadiyyat və ya uyğun sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili arzuolunandır);
  • Güclü satış və ünsiyyət bacarıqları;
  • Analitik düşünmə və hesabat hazırlama bacarığı;
  • SAP və ya digər ERP sistemlərində işləmək təcrübəsi üstünlükdür.
İş haqqında məlumat
  • Satış üzrə mütəxəssis korporativ müştərilərlə effektiv əlaqə quraraq onların ehtiyaclarını müəyyən edir, uyğun məhsul təklif edir, satış prosesini idarə edir və mövcud müştəri portfelini inkişaf etdirərək satış həcminin artırılmasını təmin edir.

 

Əsas vəzifə və öhdəliklər:

  • Korporativ müştərilərdən daxil olan sənədləri qəbul etmək və fəaliyyətlərini araşdırmaq;
  • Korporativ satış üzrə alqı-satqı müqavilələrini hazırlamaq;
  • Müştərilərdən günlük, aylıq və illik sifarişləri qəbul etmək;
  • Daxil olan sifarişləri ümumiləşdirərək istehsalat planlaması üçün hesabatlar hazırlamaq;
  • Müştəriləri məhsullar, qiymət və keyfiyyət barədə məlumatlandırmaq;
  • Məhsulların anbardan yüklənməsi üçün müvafiq sənədləri tərtib etmək;
  • Yüklənən məhsulların sifarişlərə uyğunluğunu təmin etmək;
  • Gündəlik satış məlumatlarını SAP sisteminə daxil etmək;
  • Gündəlik, aylıq və illik satış hesabatlarını hazırlamaq və analiz etmək;
  • Debitor və kreditor borclar üzrə hesabatlar hazırlamaq;
  • Armatur satış bazarı üzrə məlumatları analiz etmək və yerində yoxlamalar aparmaq.

 

Vakansiya növü: Tam ştat

 

İmtiyazlar:

  • Nahar təminatı;
  • Korporativ nömrə ilə təmin olunur;
  • Rəqabətli əmək haqqı.

 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: