A

Satış Müdiri

  • Kateqoriya: Satış
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 13486
  • E-poçt: hr@almond.az
  • Elanın yerləşdirmə tarixi: 21.05.2025
  • Elanın bitmə tarixi: 20.06.2025
İş haqqında məlumat

Ümumi Məlumat

  • Tabeçilik: CEO və Direktor
  • Tabeliyində olanlar: Mağaza menecerləri, baş satıcılar, satış heyəti
  • İş yeri: Almond şirniyyat mağazalarının bütün filialları

 

Vəzifənin Məqsədi

  • Satış müdiri Almond şirniyyat mağazalarının satış strategiyasını idarə edir, mağazaların satış göstəricilərini artırmaq, müştəri məmnuniyyətini yüksəltmək və satış heyətinin effektiv fəaliyyətini təmin etmək üçün məsuliyyət daşıyır.

 

Satış və Mağaza idarəçiliyi

  • Mağazaların təyin olunan satış hədəflərinə çatılmasını təmin etmək
  • Satış strategiyasının hazırlanmasında iştirak və icrasına rəhbərlik etmək
  • Hər mağazanın satış göstəricilərini izləmək, təhlil etmək və artırmaq üçün tədbirlər görmək
  • Müştəri davranışlarını analiz edərək yeni satış imkanlarını müəyyənləşdirmək
  • Rəqibləri araşdıraraq bazar analizləri aparmaq və hesabat hazırlamaq
  • Hər bir mağazanın gündəlik satış fəaliyyətini nəzarətdə saxlamaq
  • Mağaza heyətinin iş qrafiklərini optimallaşdırmaq və effektiv idarə etmək
  • İşçilərin geyim forması və nizam-intizamına nəzarət etmək
  • Daxili əmək qaydalarının, iş proseslərinin və mağaza siyasətinin tətbiqinə nəzarət etmək
  • Sosial media və rəqəmsal marketinq strategiyalarının satışa təsirini analiz etmək
  • Satışa təsir edən məhsul təchizatı problemlərinin qarşısını almaq üçün anbar və istehsalatla koordinasiya etmək
  • Online satış xidmətinə nəzarət etmək və inkişaf etdirmək
  • Wolt və digər bu kimi xidmətlər ilə işi aparmaq
  • Mağazada kassa əməliyyatlarının düzgün yerinə yetirlməsinə nəzarət etmək.
  • Karparativ satış istiqamətinin təşkil etmək və inkişaf etdirmək

 

Müştəri Xidmətləri və Keyfiyyətə Nəzarət

  • Müştəri məmnuniyyətini artırmaq üçün xidmət standartlarını müəyyənləşdirmək
  • Şikayətlərin və iradların təhlili və onların həlli yollarını tapmaq
  • Müştərilərlə əlaqəni gücləndirmək üçün xüsusi tədbirlər keçirmək (anketlər, müştəri sorğuları və s.)

 

Komanda İdarəçiliyi və Təlimlər

  • Satış komandasının motivasiyasını və effektivliyini artırmaq üçün tədbirlər görmək
  • Mağaza menecerləri və satış heyətinin performansını qiymətləndirmək və inkişaf etdirmək
  • Yeni işçilərin adaptasiya prosesini təşkil etmək və onlara təlimlər keçmək
  • Satış heyətinin bilik və bacarıqlarının artırılması üçün mütəmadi təlimlər təşkil etmək

 

Hesabatlılıq və Analiz

  • Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
  • Satış analizlərini apararaq inkişaf planları təklif etmək
  • Maliyyə və satış göstəricilərini izləmək və optimallaşdırmaq
  • Satış Müdiri hər ay CEO-ya və Direktora satış hesabatlarını təqdim etməlidir və görülən işlər barədə mütəmadi olaraq məlumat verməlidir.

 

Satış Müdiri üçün Əlavə Hüquqlar

  • Satışların artırılması və mağaza fəaliyyətinin təkmilləşdirilməsi üçün yeni strategiyalar təklif etmək
  • İşçilərin performansını qiymətləndirərək bonus və ya cərimə tətbiqi ilə bağlı rəhbərliyə təklif vermək
  • Mağaza heyəti ilə iclaslar təşkil etmək və şirkətin fəaliyyətinə uyğun qaydalar müəyyən etmək
  • Öz səlahiyyətləri çərçivəsində mağaza idarəçiliyi ilə bağlı qərarlar qəbul etmək
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə əsasən bütün hüquqlarından istifadə etmək

 

Satış Müdiri üçün Əsas Məsuliyyətlər

  • Satışların artımına və mağazaların ümumi performansına görə
  • Mağaza menecerlərinin və satış komandalarının fəaliyyətinə görə
  • Mağazalarda müştəri məmnuniyyətinin təmin olunmasına görə
  • Məhsul və stok idarəçiliyinin düzgün həyata keçirilməsinə görə
  • İşçilərin daxili qaydalara və əmək intizamına riayət etməsinə görə
  • Mağazalarda təhlükəsizlik və sanitar-gigiyena qaydalarına əməl olunmasına görə
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icra olunmasına görə

 

İş Şərtləri

  • İş qrafiki: Tam ştat (6 gün)
  • İş yeri: Almond şirniyyat mağazalarının müxtəlif filialları
  • Əmək haqqı: Razılaşma yolu ilə təyin olunacaq + satışdan bonus 

 

Göstərilən tələblərə cavab verən şəxslərin “Satış Müdiri” başlığı qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: