logo

Satış Meneceri - Lift sektoru üzrə

  • Kateqoriya: Satış
  • Şəhər: Bakı
  • Ünvan: AGA Business Center
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 14825
  • E-poçt: joinus@ikma.com
  • Elanın yerləşdirmə tarixi: 16.09.2025
  • Elanın bitmə tarixi: 16.10.2025

Namizədə tələblər

  • Ali Təhsil 
  • Lift və ya oxşar tikinti avadanlıqları sahəsində və ya B2B satış sektorlarında təcrübə 
  • Yüksək səviyyədə danışıqlar aparma və satış bacarıqları
  • Yüksək nəticə əldə etməyə meyilli, məsuliyyətli və təşəbbüskar yanaşma
  • Ehtiyac olduqda ezamiyyətə getməli (xarici ölkələr) 
  • Səlis Azərbaycan dili (İngilis və Rus dili üstünlükdür) 
  • Sürücülük vəsiqəsi olan və sürücülük təcrübəsinə sahib namizədlər tələb olunur (şirkət avtomobil ilə təmin edir)
İş haqqında məlumat
  • Lift sənayesində fəaliyyət göstərən komandamıza qoşulmaq üçün təşəbbüskar və nəticə yönümlü bir Satış Meneceri axtarırıq. Bu rolda, müştəri əlaqələrinin effektiv idarə olunması, mövcud və potensial müştərilərlə yeni biznes imkanlarının yaradılması və sifariş portfelimizin, mənfəətimizin artırılmasını təmin edəcək müqavilələrin bağlanması əsas vəzifələriniz olacaq.

 

Vəzifə Öhdəliyi:

  • Satış və Danışıqlar: Müqavilələrin əldə edilməsi üçün danışıqlar aparmaq, yüksək təqdimat etmə bacarığı və müqavilələri imzalamaq
  • Konsultativ Satış: Müştərilərə ehtiyaclarına uyğun optimal avadanlıq və xidmətləri seçməkdə məsləhət  vermək
  • Bazar Araşdırması: Bazar məlumatlarını araşdırmaq və təhlil edərək müştəri bazasını genişləndirmək və yeni imkanları aşkar etmək
  • Müştəri Əlaqələrinin İdarəedilməsi: Mövcud müştərilərlə uzunmüddətli əlaqələri qorumaq və inkişaf etdirmək.
  • Texniki Əməkdaşlıq: Texniki mütəxəssislərlə yaxından əməkdaşlıq edərək müştəri tələblərinə ən uyğun həllər hazırlamaq
  • Bazar nəzarəti: Sənaye trendlərini və rəqabət dinamikasını izləyərək bazarda qabaqda olmaq
  • Hesabat: Strateji qərarların qəbul edilməsinə dəstək vermək üçün vaxtında və düzgün hesabatlar hazırlamaq.
  • Maliyyə Nəzarəti: Müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət

 

İş şəraiti:

  • Ünvan: AGA Business Center, Bakı, Azərbaycan
  • İş qrafiki: 5 / 7; 9:00-18:00
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq

 

Əgər komandamıza qoşulmaq və satış sahəsində mükəmməl nəticələr əldə etmək istəyirsinizsə, zəhmət olmasa, CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: