logo

Satış meneceri

  • Kateqoriya: Satış
  • Şəhər: Bakı
  • Ünvan: Ağ Şəhər
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 13806
  • E-poçt: elchin@inomarka.az
  • Elanın yerləşdirmə tarixi: 04.06.2025
  • Elanın bitmə tarixi: 04.07.2025

Namizədə tələblər

  • Ali təhsil (Biznesin idarə olunması, marketinq və ya əlaqədar sahələr üzrə)
  • Avtomobil satışı sahəsində minimum 1 il iş təcrübəsi
  • Azərbaycan və rus dillərində sərbəst danışıq; İngilis dili — Upper Intermediate səviyyəsində
  • Ofis proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək
  • Müştəri ehtiyaclarını analiz etmə, qərarvermə və problem həll etmə bacarığı
  • Analitik düşüncə və nəticəyə yönəlik iş prinsipi
  • İctimai danışıq və təqdimat bacarığı
  • Diqqətli, məsuliyyətli və komandada işləməyə meyilli olmaq
  • Amerika, Cənubi Koreya, Çin avtomobil idxalı sahəsində təcrübəsi olanlara üstünlük veriləcək
İş haqqında məlumat

Inomarka avtosalonu olaraq komandamıza müştəriyönümlü, aktiv və nəticəyönümlü Satış Meneceri axtarırıq. 

 

Əsas vəzifə öhdəlikləri:

  • Avtosalona daxil olan müştərilərin qarşılanması, sualların cavablandırılması və satış prosesinin həyata keçirilməsi
  • Satış hədəflərinə çatmaq üçün aktiv fəaliyyət göstərmək
  • Onlayn və oflayn daxil olan müştəri sorğularının vaxtında cavablandırılması
  • Müştəri münasibətlərinin idarə olunması və satış sonrası məlumatların verilməsi
  • Müştəri istəyinə əsasən müxtəlif bazarlardan (xüsusilə ABŞ, Koreya, Çin) avtomobil sifarişi və auksionlarda iştirak
  • Müştəri ödənişlərinin izlənməsi və nəzarətdə saxlanılması
  • Rəqib və bazar analizlərinin aparılması, satışa dair təkliflərin hazırlanması
  • Satışı artırmaq məqsədi ilə marketinq komandası ilə koordinasiyalı işləmək
  • Əsas və strateji B2B müştərilərlə yüksək səviyyəli əlaqələrin qurulması
  • İtirilmiş müştərilərin geri qazanılması və uzunmüddətli əməkdaşlığın təmin olunması
  • Satış göstəricilərinin analizi və dövri hesabatların hazırlanmasında iştirak

 

İş şəraiti:

  • Əməkhaqqı: Razılaşma yolu ilə
  • İş qrafiki: Həftədə 5 gün (10:00–19:00), 6-cı və bazar günləri dəyişkən qrafiklə
  • İş yeri: Ofis Ağ Şəhərdə yerləşir

 

Müraciət üçün:

Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Satış Meneceri) və əməkhaqqı gözləntinizi mövzu sətrində qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

 

Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: