- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Sığorta: Bəli olunur
- Elan ID: 17050
- Elanın yerləşdirmə tarixi: 19.06.2026
- Elanın bitmə tarixi: 19.07.2026
Namizədə tələblər
- Müvafiq sahə üzrə ali təhsil. İqtisadiyyat, biznesin idarəolunması sahəsində magistr dərəcəsi arzuolunandır
- Satınalmalar sahəsində ən azı 5 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis -yaxşı, rus dili - işgüzar səviyyədə
- Kompüter bacarıqları: MS Office (Excel proqramının yüksək səviyyədə istifadə bacarığı arzuolunandır), 1C – sərbəst istifadəçi
- Satınalmalar sahəsində peşəkar sertifikatın olması arzuolunandır
- Komanda ilə işləmək bacarığı
- Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılması bacarıqları
İş haqqında məlumat
Funksiyalar:
- Satınalma fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək
- Şirkətin fəaliyyətinin maddi-texniki təchizatının təmin edilməsi üçün şəffaflıq və obyektivlik prinsiplərini rəhbər tutaraq malların (işlərin, xidmətlərin) qiymət sorğusu və ya tender üsulu ilə satın alınmasını həyata keçirmək
- Mal, iş və xidmətlərin satınalmaları zamanı vəsaitlərdən səmərəli və qənaətlə istifadə edilməsini, müsabiqə, sağlam rəqabət və aşkarlıq əsasında bütün tədarükçülərlə mal, iş və ya xidmətlərin satınalmaları üzrə ən əlverişli təklifin (şərtlərin) müəyyən edilməsini təmin etmək
Vəzifə öhdəlikləri:
- Şirkətin satınalma qaydalarına uyğun olaraq tender, qiymət sorğusu, orta bazar qiymətlərini araşdırmaq məqsədi ilə məlumat sorğusu, bir mənbədən satınalma və ya auksionu təşkil etmək və həyata keçirmək
- İcra üçün daxil olan satınalma tələbnaməsində olan məlumatları yoxlamaq, tələbnamədə göstərilən məlumatları tələbnaməni qaldıran tərəflə məqsədə tam cavab verdiyini dəqiqləşdirmək, qiymət sorğusunun elan edilməsi üçün lazım olan çatışmayan məlumatları əldə etmək, tələbnamədə göstərilən məlumatlar və satınalma predmetinin məqsədi arasında hər hansı bir uyğunsuzluqları aradan qaldırmaq, qiymət, keyfiyyət və çatdırılma nöqteyi-nəzərdən satınalma predmetinin xüsusiyyətlərinin optimallaşdırılması üzrə təkliflər vermək
- Əldə olunan təklifləri təhlil etmək, onların tələblərə cavab verdiyini yoxlamaq, təkliflərin müqayisəsini aparmaq, təklifləri uyğun olan tədarükçülərlə qiymət danışıqlarını aparmaq və təkliflərin dəyərləndirilməsi hesabatını satınalma tələbnaməsini qaldıran tərəfə son rəyin bildirilməsi üçün təqdim etmək
- Ən əlverişli təklif verən tədarükçü ilə müqavilənin hazırlanması üçün müqavilənin xüsusi şərtlərini müəyyən etmək və tərəflər arasında razılaşdırılmasını təmin etmək
Vakansiya növü - Tam ştat
İmtiyazlar:
- Tibbi sığorta
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
Xalq Sığorta
Sənəd dövriyyəsi üzrə kiçik mütəxəssis
Maaş: Müsahibə əsasında
18.06.2026
Bakı
37
Veysəloğlu Şirkətlər Qrupu
Təchizat Meneceri
Maaş: Müsahibə əsasında
17.06.2026
Bakı
46
Saffron Group
Recruitment Specialist
Maaş: Müsahibə əsasında
11.06.2026
Bakı
98
Amper Elektrik
Tender mütəxəssisi
Maaş: Müsahibə əsasında
11.06.2026
Bakı
86
Baku Steel Company CJSC
Satınalma üzrə kiçik mütəxəssis
Maaş: Müsahibə əsasında
09.06.2026
Bakı
120
İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi
Ekspozisiya və muzey fondlarının idarə edilməsi şöbəsinin müdiri
Maaş: Müsahibə əsasında
08.06.2026
Bakı
120