logo

Satınalma üzrə kiçik mütəxəssis

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • Ünvan: Aşıq Molla Cümə 46 C.
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 8972
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 20.12.2024
  • Elanın bitmə tarixi: 19.01.2025
Namizədə tələblər
  • Təhsil: Ali;
  • İş təcrübəsi: Sahə üzrə min. 1 il iş təcrübəsi.

 

Tələb olunan bilik və bacarıqlar:

  • MS Office proqramları (Word, Excel və s.) üzrə biliklər. 
  • Dil bilikləri: Azərbaycan dili və rus dili əla, ingilis dili bilikləri üstünlükdür;
  • Komanda ilə işləmə bacarığı;
  • Diqqətcil və məsuliyyətli olmalı.
İş haqqında məlumat
  • Təşkilatın struktur bölmələrinin sifarişi ilə əldə edilməsi zəruri hesab edilən mal, xidmətlə bağlı təchizatçı şirkətlərin müəyyənləşdirilməsi sahəsində bazar araşdırılmalarının aparılması;
  • Daxil olunmuş sifariş sorğularının hesabatının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Bağlanılması nəzərdə tutulan müqavilələr (müqavilə üzrə şərtlər- razılaşma, ödəniş və s.) üzrə aparılan danışıqlarda və müqavilələrin tərtibatında iştirak edilməsi;
  • Təchiz olunmuş malların qeydiyyatının aparılması, sifarişçi tələbinə uyğunluğuna nəzarət edilməsi və növbəti proqnozlaşdırılmış il üçün planın hazırlanması;
  • Təchizatçılarla görüşlərin keçirilməsi və onlar haqqında lazımı məlumatların əldə edilməsi;
  • Kotirovka sorğularının keçirilməsinin təşkil edilməsi;
  • Ödənişlərlə bağlı analiz aparılması və ödənişə təqdim edilməsi;
  • Satınalma sorğularının analizi və qiymət müqayisəsinin həyata keçirilməsi.

 

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Aşıq Molla Cümə 46 C.

 

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları.

 

Göstərilən tələblərə cavab verən  namizədlərdən Cv-lərini mövzu hissəsinə “Satınalma üzrə kiçik mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: