logo

Satınalma şöbəsi üzrə mütəxəssis

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • Ünvan: A.Quliyev küç., 1131, Babək Plaza
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 750 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 12981
  • E-poçt: hr@nbatech.az
  • Elanın yerləşdirmə tarixi: 28.04.2025
  • Elanın bitmə tarixi: 28.05.2025

Namizədə tələblər

  • Təhsil: Ali;
  • İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq;
  • Kompüter bilikləri: MS Windows sistemi, Microsoft Office proqramları;
  • Dil bilikləri: Azərbaycan dili-mükəmməl,rus dili-əla və ingilis dili-əla;
  • Yaxşı təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
  • Komanda ilə işləmək bacarığı;
  • Effektiv ünsiyyət,çeviklik,məsuliyyətlililk, intizamlıq;
  • Analitik düşüncə, ünsiyyət və danışıqlar aparma qabiliyyəti;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
İş haqqında məlumat
  • Satınalmanın tam dövrünün həyata keçirilməsi: təchizatçıların axtarılması;
  • Müqavilələrin bağlanması və tədarüklərə nəzarət;
  • Tələb olunan məhsulların və ya xidmətin yerli və xarici bazarda araşdırılması və təhlili;
  • Satın alınan malların sifarişlərinin yerləşdirilməsi və anbarda qəbulu;
  • Satınalma hesabatlarının hazırlanması, analiz edilməsi və daim yenilənməsi;
  • Təchizatçılarla əlaqələrin qurulması, danışıqların aparılması, endirimlərin əldə olunması və digər kommunikasiya fəaliyyətlərinin icrası;
  • Təqdim olunan malların, işlərin, xidmətlərin keyfiyyətinin yoxlanılmasına nəzarəti;
  • Tədarükçülərlə müqavilələrin bağlanmasını icra etmək, aid olan sənədlərin dövriyyəsinə nəzarət etmək və müvafiq şöbəyə təqdim etmək, ödənişlərin icrasının izləmək;
  • Satınalma prossesinin vaxtında, prosedur və prosseslərə uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsi;
  • Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanması, onların düzgün daşınması və çatdırılması işini təşkil etməsi, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandirması; 
  • Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların birbaşa menecerə təqdim edilməsi.

 

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi- cümə 09:00-18:00;
  • İş yerinin ünvanı: Bakı şəh., A. Quliyev küç., 1131, Babək Plaza;
  • Əmək haqqı: 750 AZN.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən  Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu  (subject) hissəsinə “mütəxəssis (Satınalma şöbəsi)"  adını qeyd edərək Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: