logo

Satınalma müqavilələrinin idarə edilməsi və sənədləşmə şöbəsinin mütəxəssisi

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 10478
  • Elanın yerləşdirmə tarixi: 14.02.2025
  • Elanın bitmə tarixi: 16.03.2025

Namizədə tələblər

  • Ali təhsilə;
  • Səlis Azərbaycan, Rus və İngilis dili biliyinə;
  • Yüksək səviyyədə MS Office proqramlarında işləmək bacarığına;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsinə;
  • İnduktiv və analitik təhlil bacarığına;
  • Komandada işləmək bacarığına;
  • Təqdimat və ünsiyyət bacarığı olan şəxsdir.
İş haqqında məlumat

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

 

Görəcəyiniz işlər:

  • Bankın resurslarından düzgün istifadə etmək;
  • Bank ilə podratçılar (malgöndərənlər) arasında imzalanmış müqavilələr barədə elanları hazırlamaq və onları yerləşdirilməsi üçün Bankın müvafiq struktur bölməsinə təqdim etmək;
  • Sənədləşmə ilə bağlı işlərdən irəli gələn hesabatları hazırlamaq;
  • Bank ilə podratçılar (malgöndərənlər) arasında imzalanması nəzərdə tutulan satınalma müqavilələri (əlavələri və razılaşmalar) üzrə proseslərin idarə edilməsi, müvafiq struktur bölmələrin müqavilə üzrə şərtlərə dair təkliflərinin və tələblərinin podratçılar ilə razılaşdırılaraq təmin edilməsi və bu proses çərçivəsində bankın maraqlarının qorunması;
  • Bankın hüquq, texniki, maliyyə bölmələri ilə podratçılar arasında işin təşkili;
  • Bankın ehtiyaclarını müəyyən etmək üçün müvafiq struktur bölmələrlə görüşlərin keçirilməsi;
  • İmzalanmış müqavilələr üzrə monitorinqin aparılması;
  • Bankdakı hüquq və vəzifələrin müvafiq struktur bölmələr, podratçılar və üçüncü şəxslər tərəfindən düzgün başa düşülməsi üçün mütəmadi görüşlərin, danışıqların aparılması;
  • Müqavilələrin (əlavələrin, razılaşmaların) tərtibatı və imzalanması prosesinin normativ sənədlərdə göstərilən qaydalarına riayət edilməsinə nəzarət;
  • Mövcud müqavilələrdə əlavə və dəyişikliklərə ehtiyacı müəyyən etmək və təkliflər vermək üçün podratçıların (malgöndərənlərin) fəaliyyətini qiymətləndirmə nəticələrindən istifadə etmək;
  • Müqavilələrin reyestrinin monitorinqi, Bankın imzaladığı müqavilələrlə bağlı hesabatı hazırlamaq
  • Müqavilələrin razılaşdırılması mərhələsində müqavilə layihəsinin razılaşdırılmış mətni ilə imzalanma mərhələsindəki mətninin eyniliyini yoxlamaq;
  • Müqavilədə mövcud olan öhdəliklərin icrası və yarana biləcək risklər ilə bağlı ilə aidiyyati tərəfləri məlumatlandırmaq;
  • İcra olunan müqavilələr ilə bağlı podratçıların (malgöndərənlərin) fəaliyyətinin  dəyərləndirməsini həyata keçirtmək;
  • Sifariş olunan mal, iş və xidmətlərin tədarükü ilə bağlı həmin mal, iş və xidmətləri sifariş edən Bankın aidiyyəti struktur bölməsindən məlumat almaq ;
  • Tender və kotirovka təkliflərinin təhlilindən sonra sifariş olunan mal, iş və xidmətlərin satınalma şərtlərinin razılaşdırılması məqsədilə uyğun podratçı (malgöndərən) və sifarişçi struktur bölmənin iştirakı ilə keçiriləcək birgə görüşlərdə iştirak etmək;
  • Satınalma proseduru çərçivəsində imzalanan müqavilələrdə, müfaviq struktarların və şirkətin öhdəlikləri icra etmədiyi hallar  ilə bağlı tədbirlər görməkdir (bildirişlərin tərtib olunub göndərilməsi, məhkəmə ilə bağlı proses varsa Hüquq Departamentinə yönləndirmək).

 

Əgər axtardığımız namizəd sizsinizsə linkə daxil olaraq qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

 

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: