logo

Satınalma bölməsi üzrə aparıcı mütəxəssis

  • Kateqoriya: İnzibati
  • Şəhər: Sumqayıt
  • Ünvan: H.Z.Tağıyev qəsəbəsi
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Sığorta: Bəli olunur
  • Elan ID: 9171
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 29.12.2024
  • Elanın bitmə tarixi: 28.01.2025
Namizədə tələblər
  • Ali təhsilli olmalı;
  • Sahə üzrə minimum 3 il, xammal alışı sahəsində 2 il iş təcrübəsinə malik;
  • Avadanlıqlar və onların ehtiyyat hissələrinin alışı ilə əlaqədar təcrübənin olması;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;
  • İş təcrübəsindən əldə etdiyi vendor siyahısının olması;
  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
  • Yerli və beynəlxalq bazarlar haqqında məlumatlı olmalı;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
  • Problem həll etmə və analitik düşünmə qabiliyyətinə malik olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
İş haqqında məlumat
  • Satınalma prosesini vaxtında, prosedur və proseslərə uyğun olaraq icra etmək;
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Satınalması bitmiş malların müqavilənin idarə edilməsinin icrasının təmin edilməsi;
  • Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
  • Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
  • Təchizatçıların seçimi və qiymətləndirilməsi;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
  • Təchizatçı şirkətlərdən qiymət təkliflərinin alınması, təhlilinin aparılması və optimal təkliflərin təqdim olunması;
  • Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat verilməsi;
  • ERP sistemində işləmə bacarığının olması.

 

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

 

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazaraq 29.01.2025-ci il tarixinədək elektron poçt ünvanına göndərilməsi xahiş olunur. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: