- Kateqoriya: Satış
- Şəhər: İsmayıllı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: 400 AZN
- Təhsil: Orta təhsil
- İş rejimi: Tam-ştat
- Elan ID: 17046
- Əlaqə nömrəsi: +99451 225 89 23
- Elanın yerləşdirmə tarixi: 18.06.2026
- Elanın bitmə tarixi: 18.07.2026
Namizədə tələblər
- Orta təhsil (ali təhsil üstünlükdür);
- Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq;
- Etik davranış və müştəri məmnuniyyətinə yönəlik peşəkar münasibət;
- Səbirli, nəzakətli və komandada işləmə bacarığı;
- Dürüstlük və etibarlılıq;
- Həftəlik növbə cədvəlinə uyğun işləmə öhdəliyi.
İş haqqında məlumat
“Azərbaycan Supermarket” MMC ( Bravo) İsmayıllı filialına Satıcı-kassir vakansiyası elan edir
Vakansiyanın adı: Satıcı-kassir
İş yeri: Bravo (İsmayıllı)
Vəzifə öhdəlikləri:
- Malların adının, ümumi qiymətinin, çəki/miqdarının kassa aparatının ekranında əks olunmasına və reallığa uyğunluğuna əmin olduqdan sonra yekun hesabı alıcıya bildirmək, eləcə də açıla bilən qutularda olan məhsulları açıb yoxlamaq;
- Satışı reallaşmış malların yekun hesabını alıcıdan nağd formada sayaraq qəbul etmək, eləcə də ödənişin nağdsız qaydada post terminal və ya şirkətdə keçərli olan xüsusi ödəniş kartları vasitəsilə həyata keçirilməsini təmin etmək, alıcılara onların alış-veriş qəbzlərini təqdim etmək, əgər hesab qalığı varsa geri qaytarmaq;
- Pulları məsul şəxslərlə birlikdə təlimata uyğun saymaq, ümumi məbləğin satılmış malların satış dəyəri ilə uyğunluğunu yoxlamaq və əmin olmaq;
- Yaşa görə məhdudiyyət qoyulan mallar üçün alıcıların yaşının uyğunluğunu yoxlamaq və qanunvericiliyin tələblərinə əməl etmək;
- Kassada kifayət qədər xırda pul olmadığı təqdirdə baş xəzinədara və ya məsul şəxsə məlumat vermək;
- İş qrafikinin başlanğıcında və sonunda pul qutusunun (float) təhvil və təslim prosesini həyata keçirmək;
- Məhsulları FİFO və FEFO qaydalarına uyğun olmaqla rəflərə yerləşdirmək.
- Qiymət etiketlərinin mövcudluğunu mütəmadi yoxlamaq, yenilənmiş qiymət və endirim etiketlərini vaxtlı-vaxtında yerləşdirmək.
- Məhsulların keyfiyyəti və son istifadə tarixləri üzrə mütəmadi yoxlanışlar həyata keçirmək, əlaqəli problemləri aşkar edib vaxtında aradan qaldırmaq.
- Kassa aparatları, POS-terminallar və nəzərdə tutulmuş digər ödəniş cihazlarından düzgün istifadə etmək, kassa əməliyyatlarını dəqiqliklə icra etmək.
- İş ərazisinin, cihaz və avadanlıqların gigiyena qaydalarına uyğun şəkildə təmizliyini təmin etmək və avadanlıqları texniki istifadə qaydalarına uyğun istifadə etmək;
- Yüksək səviyyəli xidmət təmin edərək müştəriləri qarşılamaq və onlara suallarını cavablamaq, təklif və ya şikayətləri həll etmək və ya qeydə alıb daha birbaşa rəhbərliyə təqdim etmək.
- Səliqəli görünmək, geyim (iş forması, yaxalıq və s.) və şəxsi gigiyena qaydalarına riayət etmək.
- İş prosesində muhafizə və təhlükəsizlik qaydalarına, daxili normativ qaydalara (SƏTƏM, SOP və s.) və qanunvericilik tələblərinə (AQTA və s.) riayət etmək.
- İşlə əlaqədar təyin olunmuş digər tapşırıqları vaxtında və düzgün şəkildə icra etmək.
Əmək şərait:
- Növbəli qrafik: 1 gün istirahət
- Əmək haqqı: 400 AZN net + nahar kartı + satışdan bonus
Vakansiya üzrə müraciətləri 051 225 89 23 nömrəsinə edə bilərsiniz. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
Edu Company
Telesatış üzrə mütəxəssis (Bakı daxili filiallar)
Maaş: Müsahibə əsasında
12.06.2026
Bakı
109
Adore
Distribüsiya şöbəsinin satış təmsilçisi
Maaş: Müsahibə əsasında
11.06.2026
Bakı
121
Çinarlı Park MTK
Satış üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
11.06.2026
Bakı
112
Digital Home
Mebel üzrə satış məsləhətçisi (Ağsu)
Maaş: Müsahibə əsasında
08.06.2026
Ağsu
114
Biopet.shop
Satış və əməliyyat üzrə rəhbər
Maaş: Müsahibə əsasında
08.06.2026
Bakı
120
T
TREVA
Satış üzrə kiçik mütəxəssis
Maaş: Müsahibə əsasında
02.06.2026
Bakı
193