- Kateqoriya: Sənaye və kənd təsərrüfatı
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 15521
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 20.11.2025
- Elanın bitmə tarixi: 20.12.2025
Namizədə tələblər
- Mühəndislik və ya tikinti sahəsi üzrə ali təhsil
- Komandada idarəetmə və qərarvermə qabiliyyəti;
- Güclü analitik və təşkilatçılıq bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmək, istehsalat hesabatları hazırlamaq bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində bilik üstünlükdür.
- Komandada işləmək bacarığı, məsuliyyətli və dəqiq iş prinsipi.
- Azərbaycan ərazisi üzrə ezamiyyətə gedilməsi.
- Sürücülük vəsiqəsinin olması zəruridir, şəxsi avtomobillin olması üstünlükdür.
İş haqqında məlumat
- Prefabrik dəmir-beton konstruksiya elementlərinin və bünövrələrin layihə və işçi çertyojlarını, sənədlərini təhlil etmək, işlərə ümumi nəzarətin aparılması;
- Yerində beton tökmə işləri ilə əlaqədar layihə və işçi çertyojlarını, sənədlərini təhlil etmək, işlərə ümumi nəzarətin aparılması;
- Geologiya sənədlərini elmi əsaslarla təhlil etmək, qazma işlərinin sahədə normativ-texniki tələblərə uyğun şəkildə aparılmasına nəzarət göstərmək, bünövrə üçün təqdim edilmiş kipləşdirilmiş dolğu materialının geotexniki göstəricilər əsasında uyğunluğunu qiymətləndirmək və kipləşdirmə prosesini texnoloji tələblərə uyğun şəkildə idarə etmək;
- Montaj öncəsi konstruksiya elementlərinin ölçülərini, uyğunluğunu və sayını layihə ilə müqayisəli şəkildə yoxlamaq;
- Avtokran, qaldırıcı və digər xüsusi texnikanın işini düzgün planlaşdırmaq və rəhbərlik etmək;
- Montaj zamanı istifadə olunan birləşmə materiallarının (qumsement məhlulu, qaynaq, bolt, anker və s.) keyfiyyətinə nəzarət etmək;
- Keyfiyyətə nəzarət sənədləri, montaj aktları və icra sənədlərini hazırlamaq;
- Podratçılar, texniki nəzarət, layihəçi və digər tərəflərlə işgüzar əlaqələri idarə etmək;
- Müvafiq dövlət orqanlarının tələblərinə və şirkət daxilində qəbul olunmuş SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) normalarına uyğunluğun təmin edilməsi;
- Sahədə yaranan suallara operativ texniki həllərin verilməsi.
İş şəraiti:
- İş yeri: Azərbaycan Respublikası Ərazisi;
- İş qrafiki: Tam ştat;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Biz sizə təklif edirik:
- Yüksək ixtisaslı mühəndis komandasında işləmək imkanı;
- Davamlı peşəkar inkişaf və təlim dəstəyi;
- Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı;
- Rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi perspektivi.
Müraciət qaydası:
CV-nizi və əgər varsa portfolionuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Sahə Mühəndisi” başlığı ilə göndərməyinizi xahiş edirik. Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiyalar
Estet
Mexanika Mühəndisi
Maaş: Müsahibə əsasında
20.11.2025
Bakı
20
IMA Energy
İnşaat Mühəndisi
Maaş: Müsahibə əsasında
17.11.2025
Ağdam
26
Stadler Service Azerbaijan
SƏTƏM üzrə mühəndis
Maaş: 1700 - 2000 AZN
17.11.2025
Bakı
45
Tekfen Mühendislik
Junior & Senior Electrical Engineer (Azerbaijan Nationals)/ Elektrik Mühəndisi
Maaş: Müsahibə əsasında
14.11.2025
Bakı
33
Ramco CJSC
Smeta mühəndisi
Maaş: Müsahibə əsasında
14.11.2025
Bakı
29
Tekfen Mühendislik
Piping Designer (Azerbaijan Nationals)/ Boru Dizayneri
Maaş: Müsahibə əsasında
14.11.2025
Bakı
42