F
- Kateqoriya: Sənaye və kənd təsərrüfatı
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 13319
- E-poçt: info@fortis.az
- Elanın yerləşdirmə tarixi: 10.05.2025
- Elanın bitmə tarixi: 09.06.2025
Namizədə tələblər
- Ali təhsil: Memarlıq ixtisası üzrə;
- İş təcrübəsi: Müvafiq sahə üzrə azı 3 il (tikinti və ofis) iş təcrübəsi;
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, SNİP, NFPA;
- Dil bilikləri: Azərbaycan dili - səlis, Rus dili - yaxşı;
- Kompüter bilikləri: MS Office, AutoCAD, Revit, SketchUp;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.
İş haqqında məlumat
- Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək,
- Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək,
- Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək.
Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan aşağıdakı tərəflərə yaxın əməkdaşlıq etmək:
- Departament daxili və layihəyə cəlb edilmiş komanda ilə;
- Maraqlı tərəflər ilə;
- Layihəçi təşkilatlara aid layihələndirmə heyətləri ilə;
- Məsləhətçilər və eləcə də dizayn prosesinə töhfə verən bütün mütəxəssislər ilə;
- Layihələndirmə müddətlərinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluğunu yoxlamaq;
- Layihənin tender prosesinə texniki dəstək vermək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
- İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi.
- Texniki spesifikasiyaların və BOQ sənədlərinin hazırlanması,
- Layihənin bütün mərhələlərində effektiv və keyfiyyətli nəticələr göstərmək,
- Təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi və işçi qrupunun bu qaydalara uyğun şəkildə fəaliyyət göstərməsini təmin etmək.
Əmək haqqı: Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq.
Göstərilən tələblərə uyğun namizədlər mövzu qismində «Sahə memarı» qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir
Oxşar vakansiyalar

Pasha Real Estate
Construction Manager
Maaş: Müsahibə əsasında
12.05.2025
Bakı
20
F
Fortis Construction
Texniki ofisin baş mühəndisi
Maaş: Müsahibə əsasında
10.05.2025
Bakı
32
F
Fortis Construction
İş İcraçısı (tikintidə)
Maaş: Müsahibə əsasında
01.05.2025
Bakı
33

Azinvest İnşaat
Mini-yükləyici (bobcat) operatoru (Kəlbəcər)
Maaş: Müsahibə əsasında
24.04.2025
Bakı
50

Farchitects LLC
Tikinti üzrə menecer
Maaş: Müsahibə əsasında
23.04.2025
Şamaxı
52

Facility Management Group
İnşaat işləri üzrə sahə rəisi
Maaş: Müsahibə əsasında
21.04.2025
Bakı
54