logo

Risklərin idarəolunması üzrə mütəxəssis/məsləhətçisi

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 14565
  • E-poçt: cv@its.gov.az
  • Elanın yerləşdirmə tarixi: 20.08.2025
  • Elanın bitmə tarixi: 19.09.2025

Namizədə tələblər

  • Təhsil: Ali təhsil;
  • Təcrübə: Risklərin idarəolunması və ya audit üzrə ən azı 1-3 illik iş təcrübəsi (vəzifədən asılı olaraq);
  • Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, Power BI bilikləri üstünlükdür;
  • Şəxsi bacarıqlar: İnduktiv və analitik təhlil, təşəbbüskarlıq, komandada işləmə, vaxtın idarə edilməsi, operativlik, ünsiyyət qurma, konfliktlərin idarə edilməsi və problemlərin həlli bacarıqları;
  • Dil bilikləri: Xarici dil biliyi (xüsusilə ingilis dili).
İş haqqında məlumat

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Risklərin idarəolunması üzrə mütəxəssis/məsləhətçisi vakansiyası elan edir.

 

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

 

Vəzifə öhdəlikləri:

  • Agentliyin struktur bölmələrində potensial riskləri aşkar etmək və onların qiymətləndirilməsində iştirak etmək;
  • Risk xəritələrinin və risk reyestrlərinin hazırlanmasına dəstək vermək;
  • Risk göstəricilərinin və risk vəziyyətlərinin mütəmadi izlənilməsi;
  • Rəhbərliyə risklərlə bağlı aylıq və rüblük hesabatların hazırlanmasında iştirak;
  • Risk əsaslı təhlillərin aparılması və risk azaldıcı tədbirlərin təklif olunması.

 

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi.

 

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi;
  • Praktiki tapşırıq/test mərhələsi;
  • Müsahibə.

 

Müraciət qaydası:

  • CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: