
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 14121
- Elanın yerləşdirmə tarixi: 02.07.2025
- Elanın bitmə tarixi: 01.08.2025
Namizədə tələblər
Biliklər:
- Təhsil: Ali-bakalavr: İqtisadiyyat, Maliyə, Riyaziyyat və oxşar texniki sahə üzrə təhsil;
- Risklərin idarəedilməsi üzrə minimum 5 il iş təcrübəsi;
- FRM, PRM, CFA və risk sahəsi üzrə digər beynəlxalq sertifikatlar arzu olunandır;
- Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili bilikləri arzuolunandır.
Təcrübə:
- Ümumilikdə əlaqəli sahədə 5 il iş təcrübəsi; rəhbər vəzifədə ən az 3 il iş təcrübəsi; (sığorta şirkətlərinin birində, digər maliyyə təşkilatlarında və ya Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir).
Bacarıqlar:
- Maliyyə risklərinin idarə olunması sahəsi üzrə biliklər
- Riyazi-statistik metodlar üzrə biliklər
- Maliyyə hesabatları üzrə biliklər
- Modelləşdirmə
- İri-həcmli məlumat bazaları ilə işləmək bacarığı
- Təqdimat bacarıqları
- Emosional stabillik və məsuliyyətli olmaq
- Komandada işləmək
- Yaxşı ünsiyyət
- Məntiqi və analitik düşüncə
- Stressə davamlılıq
- Təşəbbüskarlıq
İş haqqında məlumat
“PAŞA Sığorta” ASC namizədləri Risklərin İdarəolunması Departamentində Risklərin İdarəolunması departamentinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barədə hesabatı Risklərin İdarəetmə Komitəsinə və İdarə Heyətinə təqdim etmək;
- Risklərin idarə edilməsi ilə bağlı metodologiyaların hazırlamasını və metodologiyaların müntəzəm yeniləməsini təşkil etmək;
- Cəmiyyətin aidiyyəti struktur bölmələri və birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə Risklərin İdarəetmə Komitəsinə və İdarə Heyətinə təkliflər vermək;
- Müntəzəm olaraq yeni riskləri aşkarlamaq, yeni biznes proseslərdə olan risklərin qeydiyyatını aparmaq, bu biznes proseslərə uyğun olan riskləri müəyyənləşdirmək və risk reyestrində uyğun dəyişikliklər etmək;
- Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal Risklərin İdarəetmə Komitəsinə məlumat vermək;
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işləri həyata keçirmək;
- Risklərin qiymətləndirilməsi və nəticələri barədə hesabatı İdarə Heyəti, Risklərin İdarəetmə Komitəsi və Direktorlar Şurasına təqdim etmək;
- Risklərin tanınması və idarə edilməsi baxımından şirkətin fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy vermək;
- Aidiyyatı struktur bölmələri ilə birgə illik qlobal həssaslıq (stress) testləri həyata keçirmək və gözlənilməz risklərin azaldılması ilə bağlı tədbirlər planının hazırlanmasında risk sahiblərinə dəstək göstərmək;
- Risklərin idarə edilməsi prosesinə adekvat və səmərəli nəzarət prosedurlarının müəyyən olunması və təkmilləşdirilməsinə dair təklifləri Risklərin İdarəetmə Komitəsinə təqdim etmək;
- Risklərin qiymətləndirilməsi məqsədi ilə mühüm risk indikatorlarını (MRİ) və digər risk ölçülərini təyin etmək və hesablamaq;
- Risk iştahasının hazırlanmasında iştirak etmək və risk iştahası bəyənnaməsini lazım olduqda yeniləmək;
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
- Riskləri müntəzəm qiymətləndirmək və onlar üçün müvafiq nəzarət mexanizmlərinin aktual qalmasını təmin etmək;
- Risk məsələləri ilə bağlı şirkətin digər departamentlərinə məsləhətlər vermək və metodoloji yardım göstərmək;
- Şirkətin aidiyyatı struktur bölmələri ilə birgə fövqəladə hallar planı hazırlamaq və Risklərin İdarəetmə Komitəsi və İdarə Heyətinə təqdim etmək;
- Daxili Audit Xidməti ilə mütəmadi olaraq şirkətin risklərinin qiymətləndirilməsi üzrə hesabatı bölüşmək;
- Müstəqil auditin, xarici reytinq agentliklərinin və səlahiyyətli dövlət orqanlarının risklərlə bağlı sorğularını İdarə Heyəti ilə razılaşdırdıqdan sonra cavablandırmaq;
- Risklərin idarə edilməsi üzrə Cəmiyyətin daxili qaydaları, habelə onlara dəyişiklikləri hazırlamaq;
- Departamentin əməkdaşlarının fəaliyyətinin nəticələrini qiymətləndirmək.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan link ünvanına göndərin.
Oxşar vakansiyalar

Daşkəsən Dəmir Filiz MMC
İnzibati işlər üzrə baş mütəxəssis - Daşkəsən
Maaş: Müsahibə əsasında
03.07.2025
Daşkəsən
7

Bank Respublika ASC
Tovuz filialı, Korporativ müştəri xidmətləri üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
03.07.2025
Tovuz
7

Novex Group
İdarə Heyəti üzvünün köməkçisi
Maaş: Müsahibə əsasında
03.07.2025
Bakı
8

AS İnşaat MMC
Referent
Maaş: Müsahibə əsasında
03.07.2025
Bakı
7

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Tibbi xidmətlərin strateji satınalması şöbəsinin mütəxəssisi/məsləhətçisi
Maaş: Müsahibə əsasında
03.07.2025
Bakı
8

Guavapay Limited
Business Analyst
Maaş: Müsahibə əsasında
02.07.2025
Bakı
19