logo

Risk və Daxili nəzarət üzrə mütəxəssis

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • Ünvan: Park View Biznes Mərkəzi
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16417
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 17.02.2026
  • Elanın bitmə tarixi: 19.03.2026

Namizədə tələblər

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, audit, idarəetmə üzrə) 
  • Risklərin idarə olunması, daxili nəzarət və ya audit sahəsində ən azı 2–3 il təcrübə
  • ORM, ACCA, CIA, CRMA və s. sertifikatlara üstünlük 
  • Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqi
  • Daxili nəzarət sistemlərinin qurulması və effektivliyinin test edilməsi
  • Proses və maliyyə təhlili, risk matrisi və reyestrinin hazırlanması
  • Analitik düşünmə, hesabatvermə və Excel/analitik alətlərlə işləmə bacarığı 
  • Daxili audit və yoxlamalarda iştirak, rəhbərliyə hesabatların təqdimatı
  • Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik.
İş haqqında məlumat
  • Cəmiyyətdə effektiv nəzarət mühitinin fomalaşdırılması istiqamətində işlərin həyata keçirilməsinə dəstək olmaq; 
  • Cəmiyyət üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və prioritetləşdirilməsi prosesində iştirak etmək, risk reyestrlərinin hazırlanmasına və yenilənməsinə dəstək olmaq;
  • Əsas Risk Göstəricilərinin və risk hadisələrinin monitorinqini həyata keçirmək, risk və daxili nəzarət üzrə dövri hesabatlar hazırlamaq və üst rəhbərliyə təqdim etmək;
  • Cəmiyyətin strateji məqsədlərinə nail olmaq üçün əməliyyat, hesabatlılıq və qanunvericilik istiqamətində preventiv və detektiv nəzarət mexanizmlərininin hazırlanmasında iştirak etmək; 
  • Cəmiyyətdə əməliyyatların davamlılığını və effektivliyini təmin etmək məqsədilə nəzarət mexanizmlərinin mövcud olması istiqamətində işləri icra etmək; Cəmiyyətin maddi və qeyri-maddi aktivlərin təyinatı üzrə istifadə olunması ilə bağlı nəzarət mexanizmlərini qurmaq; 
  • Zərurət yarandığı hallarda Cəmiyyətin baş ofisi və digər strukturları tərəfindən həyata keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək məqsədilə həmin tədbirlərdə bilavasitə iştirak etmək; 
  • Cəmiyyətdə proses sahibləri tərəfindən tətbiq olunan nəzarət mexanizmlərinin effektiv və düzgün tətbiq edilməsini test edilməsi məqsədilə üst rəhbərin təlimatlarına əməl etmək; 
  • Qanunvericilik, daxili siyasət və etik davranış qaydalarına uyğunluğun gücləndirilməsi, fırıldaqçılıq risklərinin idarə olunması və risk mədəniyyətinin inkişafı məqsədilə monitorinqlərdə, araşdırmalarda və maarifləndirmə tədbirlərində iştirak etmək.
  • Kənar, daxili audit və digər xidməti yoxlamaların gedişində aşkar olunan saxtakarlıq hallarını, nöqsan və çatışmazlıqları müzakirə etmək; 
  • Qaynar xətt və digər məlumatlandırma kanalları vasitəsilə daxil olan şikayət, məlumat və sui-istifadə ehtimalları üzrə ilkin qiymətləndirmə aparmaq, aidiyyəti üzrə yönləndirmək, araşdırma prosesində iştirak etmək, nəticələrin sənədləşdirilməsini və görülən tədbirlərin monitorinqini təmin etmək.
  • Cəmiyyət əməkdaşları tərəfindən yol verilmiş neqativ hallar və mənimsəmə ilə əlaqədar hüquqpozma halları, habelə daxili nəzarət yoxlamalarının və monitrinqlərinin nəticələri üzrə qanunvericiliyə uyğun olaraq xidməti araşdırmaların aparılmasında iştirak etmək; 
  • Üst rəhbərə araşdırma ilə bağlı lazım olan digər hesabatları hazırlamaq və təqdim etmək.

 

Əlavə məlumat:

  • Struktur: Risk və daxili nəzarət departamenti;
  • Birbaşa tabe olduğu şəxs: Risk və daxili nəzarət departamentinin rəhbəri;
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi;
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00).

 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Risk və Daxili nəzarət üzrə mütəxəssis) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.       

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: