logo

Restoran Direktoru

  • Kateqoriya: Xidmət
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Yaş: 25 - 40
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 9664
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 21.01.2025
  • Elanın bitmə tarixi: 20.02.2025
Namizədə tələblər
  • Müvafiq sahədə (Restoran meneceri və ya Direktoru kimi) 1-3 il təcrübə
  • Dil bilikləri: mütləq səlis azərbaycan dili, ingilis ve ya rus dili arzuolunandır
  • Yaş: 25-40
  • Komandada işləmək bacarığı
  • Punktual, məsuliyyətli, stressə davamalı, detallara diqqətli, səlis nitqli
  • İdarəetmə və problem həll etmə bacarığı olmalı
  • Güclü liderlik və idarəetmə bacarıqları
  • Yüksək səviyyədə ünsiyyət və interpersonal bacarıqlar
  • Analitik düşüncə və problem həll etmə qabiliyyəti
  • Maliyyə və büdcə ilə işləməyin təcrübəsi
  • Qida təhlükəsizliyi və gigiyena standartları üzrə dərin biliklər və ya sertifikat
  • Restoran mühiti, uzun saatlar və çevik iş saatları tələb oluna bilər
  • Fərqli növbələrdə işləmək bacarığı
  • Şəbəkə daxilində müxtəlif filiallarda işləmək üçün hazırlıqlı olmaq
İş haqqında məlumat

Pizza Mizza MMC ailəsi, restoranlarımızın səmərəli fəaliyyətinə rəhbərlik edəcək və yüksək keyfiyyətli xidmət təmin edəcək Restoran Direktoru axtarır. Bu vəzifə restoranın gündəlik əməliyyatlarını idarə etməklə yanaşı, satış hədəflərinə çatmaq, işçi heyətinin inkişafına və müştəri məmnuniyyətinin təmin edilməsinə yönəldilmişdir.

 

İdeal namizəd restoran idarəçiliyində 1-3 il təcrübəyə, yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarıqlarına malikdir. O, analitik düşüncə tərzi və problemləri həll etmək qabiliyyəti ilə seçilir, maliyyə və büdcə ilə işləmək təcrübəsinə, qida təhlükəsizliyi və gigiyena standartları üzrə biliklərə sahibdir.

 

Restoran Direktoru restoranın performansını izləyir və təkmilləşdirir, işçi heyətinin vəzifə öhdəliklərini düzgün yerinə yetirməsini təmin edir. Bu rolda, restoranın texniki və təmirat ehtiyaclarını idarə etmək, sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək və müştəri məmnuniyyətini artırmaq əsas vəzifələrdəndir. O, həmçinin işçi heyətinin inkişafını təmin etmək üçün təlimlər keçirir və onların səmərəli işləməsini təmin edir. SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət edir və müxtəlif vəzifələrdə komanda üzvlərinə dəstək göstərir.

 

Vəzifələr:

  • Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək
  • Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək
  • Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirməsinə nəzarət etmək
  • Restoranda sənədləşmə işlərinin aparılması, hesabat  sənədlərinin tərtibi və göndərilməsini təmin etmək
  • Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək
  • Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək
  • İşçi heyəti üçün vaxtlı vaxtında qiymətləndirmənin təşkil olunması təmin etmək
  • Məhsulları müəyyən olunmuş standartlar və qaydalar əsasında hazırlanmasını təmin etmək
  • Restoranın müvafiq iş rejimi əsasında vaxtlı vaxtında açılmasını və bağlanmasını təmin etmək
  • Restoranda xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək və müvafiq tədbirlər görmək
  • Sifarişlərin müştərilərə göndərilməsinin və hazırlanmasının düzgünlüyünə nəzarəti həyata keçirmək
  • Müştəri rəylərini izləmək və həll etmək
  • Restoranın satış planının icrasını təmin etmək
  • Xərcləri idarə etmək
  • Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
  • SOP və daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək
  • Lazım gəldikdə, müxtəlif vəzifələrdə komanda üzvlərinə kömək etmək
  • Restoranin təmizliyinə və səliqəli saxlanılmasına cavabdeh olmaq
  • Filialın texniki və təmirat ehtiyaclarını idarə etmək
  • Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsini təmin etmək
  • Müştəri məmnuniyyəti üçün çalışmaq

 

İş şəraiti:

  • Gənc və dinamik komandada işləmək imkanı
  • Karyera inkişafı
  • Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
  • 6 günlük iş rejimi
  • Nahar şirkət tərəfindən təqdim edilir
  • Əlavə iş saatına görə ödəniş

 

Maraqlananlar şəkilli CV-lərini “Restoran direktoru” başlığı altında elektron poçt ünvanına göndərə bilərlər. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: